Cəld və yavaş düşünmək

Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir.[3][4][5]

Cəld və yavaş düşünmək
ing. Thinking, Fast and Slow[1]
Müəllif Deniel Kaneman
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 25 oktyabr 2011[2]
Səhifə 542

Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.[6]

  1. Thinking, Fast and Slow by Daniel Kahneman | Goodreads.
  2. Freebase Data Dumps. Google.
  3. Shaw, Tamsin. "Invisible Manipulators of Your Mind". New York Review of Books (ingilis). 2017-04-20. ISSN 0028-7504. 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. Holt, Jim. "Two Brains Running". The New York Times. November 27, 2011. səh. 16. July 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. Daniel Kahneman. Thinking, Fast and Slow. Macmillan. 2011. ISBN 978-1-4299-6935-2. March 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2012. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Cəld və yavaş düşünmək". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)