Cəlil Xəlilov (polkovnik)

Cəlil Xəlilov (9 avqust 1958, Masallı) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik.

Cəlil Xəlilov
Doğum tarixi 9 avqust 1958(1958-08-09) (66 yaş)
Doğum yeri
İxtisası hüquq
Təhsili Tacikistan Dövlət Universiteti
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985–1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir.

1987–2012-ci illərdə Sərhəd QoşunlarıMilli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Xəlilov Cəlil Malik oğlu.

1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi məktəbini bitirmişdir. 1991-ci ildə (qiyabi) Düşənbə Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə namizədlik dərəcəsi almışdır (siyasi elmlər üzrə fəlsəfə doktoru). 1982–2012-ci illərdə Azərbaycan Respublikasının Sərhəd qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Sərhəd dəstəsinin qərargah rəisi, Sərhəd qoşunlarının şöbə rəisi,

  • Sərhəd qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini,
  • Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında fakültə rəisinin müavini, Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi.

Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Yeddi elmi kitabın müəllifidir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Respublikası Prezidenti yanında Dövlət İdarəçəlik Akademiyasının dosentidir.

Respublika Veteranlar Təşkilatının sədr müavinidir. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. Xidmət dövründə Azərbaycanın və digər ölkələrin medalları və ordenlərilə təltif edilmişdir. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cəlil Xəlilov həmçinin, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan "Milli təhlükəsizlik strategiyası" dərsliyi və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox elmi məqalənin müəllifidir[1].

  • "Mehdi Hüseynzadə" medalı
  • "Alyans"ın fəxri döş nişanı və "fəxri üzv" vəsiqəsi təqdim edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı[2].
  1. "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" adlı dərsliyi nəşr olunub". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12. (#redundant_parameters); (#redundant_parameters)
  2. "Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə Respublika Veteranlar Təşkilatında görüş keçirilib". 2019-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)