Azərbaycan Respublikası Veteranlar Təşkilatı

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı — 1987-ci il mart ayının 21-də yaradılmışdır.[1]

Azərbaycan Respublikası Veteranlar Təşkilatı
Yaranma tarixi 21 mart 2020
Qeydiyyat tarixi 25 oktyabr 2024
Yarandığı yer Azərbaycan Azərbaycan
Sədr Əliyev Rəşad Həmzə
veteran.gov.az

Respublika Veteranlar Təşkilatı 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmışdır.[1]

Təşkilat hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirir.[2]

İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. İlk sədri Mustafa Nəsirov olmuşdur. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir.[1]

1970–80-ci illərdə respublikada veteran hərəkatında yeni canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Dövlət dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci il mart ayının 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması ilə nəticələnmişdir. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. ilə hərəkata ciddi zərbə vurulmuşdur.[1]

Respublika Veteranlar Təşkilatının 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, veteran hərəkatına və veteranlara münasibət o qədər də dəyişməmişdir. Həmçinin Ermənistanla müharibə şəraitində ölkədə yaşanan gərginliklə əlaqədar Respublika Veteranlar Təşkilatının fəaliyyəti əsasən formal xarakter daşımışdır.[1]

Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Liderin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır.[1]

  • Əliyev Rəşad — Təşkilatın sədri.
  • Cəlil Xəlilov — Təşkilatın sədr müavini.

Rəyasət Heyəti üzvləri

Respublika Veteranlar Təşkilatının yeni tərkibdə seçilmiş Rəyasət Heyəti üzvləri 27 nəfərdən ibarətdir:[3]

  1. Əliyev Rəşad Həmzə Oğlu
  2. Xəlilov Cəlil Malik oğlu
  3. Əzizov Elvin Tofiq oğlu
  4. Timoşenko Vladimir Vasilyeviç
  5. İsmayılov Nadir Kamil oğlu
  6. Abdullayev Səmyar Abdulla oğlu
  7. İbrahimli Pərviz Oqtay oğlu
  8. Əbilov İmran Rəşid oğlu
  9. Haqverdiyev Adil İsmayıl oğlu
  10. Cəfərov Şədtat Muqdat oğlu
  11. Babayev Lətif Şükür oğlu
  12. Bayramov Ağarza Seyidrza oğlu
  13. Əhmədov Bədirxan Balaca oğlu
  14. Zahidov Bəhram Səffan oğlu
  15. Şabanov Elşad Yusif oğlu
  16. Məmmədov Yusif Həsənqulu oğlu
  17. Süleymanov Fərhad Rəsul oğlu
  18. Şükürov Sovet Qardaşxan oğlu
  19. Əlizamanlı Şəmistan Hüseyn oğlu
  20. Musayev Samir Firdovsi oğlu
  21. İsmayılov Bəhruz Cəbrayıl oğlu
  22. Mustafayev Elşən Dilavər oğlu
  23. Bəşirov Çingiz Adil oğlu
  24. Yaqubova Adilə Firuddin qızı
  25. Ağakişiyev Bəhram Lətif oğlu
  26. Allahverdiyev İsgəndər İmanverdi oğlu
  27. Nəsibli Fəqan Sabir oğlu
  1. Mustafa Nəsirov (1987-2012)
  2. Tofiq Ağahüseynov (12 sentyabr 2017 - 16 yanvar 2021)
  3. Fatma Səttərova (16 yanvar 2021-ci ildən)
  4. Əliyev Rəşad (25 oktyabr 2024-cü ildən)