Cəlilabad Dövlət Rəsm Qalereyası Cəlilabad Dövlət Rəsm Qalereyası 1985-ci ilin fevral ayının 12 – in də yaradılmışdır. 2015-ci ildə yeni binaya köçürülmüşdür. Ümumi sahəsi – 400 m2-dir. Ekspozisiya sahəsi 180 m2 olub, Fond saxlamağı otağı 25 m2-dir.[2]
Cəlilabad Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1985 |
Yarandığı yer | Azərbaycan Cəlilabad |
Fəaliyyət göstərdiyi yer | Cəlilabad, Azərbaycan, Cəlilabad, H.Əliyev pr.,248 |
Sədr | Elçin Nəzərov [1] |
Rəsm Qalereyasının fəaliyyəti əhalinin geniş təbəqələri arasında, milli və dünya təsviri, dekorativ — tətbiqi sənət əsərlərinin təbliği və milli — mədəni irsimizin toplanaraq qorunması məqsədini daşıyır. Rəsm Qalereyasında görkəmli xalq rəssamlarının əsərləri ilə yanaşı yerli peşəkar rəssamların da əsərlərindən ibarət sərgilər təşkil edilmişdir. Qalereyada qonşu rayonların Rəsm Qalereyaları ilə əməkdaşlıq münasibəti yaradılaraq rəsm əsərlərinin mübadilə yolu ilə sərgisi təşkil olunur. Burada məktəbli uşaq rəssamların da rəsm əsərlərinin sərgisinə geniş yer verilir. Hazır burada mühafizə edilən bədii fondlar vardır. Qalereyada təsviri incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət növünə aid 200 – dən çox eksponat mühafizə olunur.