Cəmşidci Nuşervanci Tata (Qucaratca:જમ્શેત્જી નુંસ્સેર્વાનજી ટાટા; 3 mart 1839[1] – 19 may 1904[1], Bad-Nauhaym[d], Hessen) — Hind sənayeçisi. Tata Qrupu şirkətlərinin yaradıcısı. Hindistan sənayesində gördüyü işlərə görə hind sənayesinin atası adlandırılmışdır".[2]. Ailəsi əslən Parsi mənşəlidir.
Cəmşidci Tata | |
---|---|
Jamsetji Nusserwanji Tata | |
| |
Doğum tarixi | |
Doğum yeri | Navsari, Qucarat, Hindistan |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Həyat yoldaşı | Hirabai Dabu |
Atası | Nuşervanci |
Anası | Civanbai Tata |
Təhsili | |
Fəaliyyəti | sahibkar |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmçidci Tata 20 yaşında Çinə getmişdir. Çindən Hindistana müxtəlif növ əmtəə ixracı ilə məşğul olmuş və qısa zaman ərzində varlanmışdır. Hindistana qayıtdıqdan sonra ixracatla məşğul olan şirkət yaratmışdır. Şirkətin Pekin, Tokio, Paris, London və Nyu-York kimi şəhərlərdə mərkəzləri açılmışdır. 1874-cü ildə Mumbay və Nagbur şəhərlərində iki fabrika açmışdır. XX əsrin sonlarına yaxın Tata Hindistanın yeraltı sərvətlərindən əlverişli istifadə edilməsi üçün plan hazırladı. Tata ailəsi bu gündə Cəmşidci Tata tərəfindən yaradılan şirkətləri idarə edirlər. Hindistanda Tata tərəfindən yaradılan 40-dən çox şirkət fəaliyyət göstərir.
Mumbay şəhərində yerləşən Tac Mahal Oteli, yapon ipəyinin əldə edilməsi üçün maysor ipəkçilik mərkəzi, Baglalor Milli Elmlər Akademiyasının binası Cəmşidci Tata tərəfindən inşa edilmişdir. Tata Bombey şəhərinin gözəlləşdirilməsi və bərpası üçün milyonlarla dollar vəsait xərcləmişdir.