Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır.[1] Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir.[2]
Toy mərasimində çəkilmiş portret (Hindistan, 1948) | ||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi 110 min. | ||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||
"Parsi" sözü "Pars sakini" mənasını bildirir.[3] Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir.[4] Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi.[5] Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir.[6]
VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi. Bu müddət boyunca indiki zaman "Parsilər" adı ilə tanınan iranlılar hər iki şərti rədd etmiş və İranı tərk etmişlər.[7] Parsilər VIII əsrdən başlayaraq Hindistan və digər ərazilərə köç etməyə başlayırlar.[8] Onların Böyük Xorasan ərazisindən digər dövlətlərə köç edən ilk xalq olmaları haqqında ilk məlumatlar farsca yazılan "Sancanın tarixi" (Qissa-i Sanjan) əsərində rast gəlinir.[9] Maharaştranın mərkəz şəhəri olan Mumbay, önəmli ticarət mərkəzi olduğundan, parsilərin bir çoxu bu əraziyə köç etmişlər.[5] XIX əsrin birinci yarısında Mumbayda bir çox təhsil müəssiləri açılan müddətdə, parsilər bu mədəniyyəti müvəffəqiyyətlə mənimsəmişlər. Beləcə, onlar Hindistanın ticarət və emalat sahələrində əhəmiyyətli yer tutmuşlar.
Hindistanda yaşayan bir çox parslar artıq doğma parsi danışıq dillərini unutmuşlar. Hal-hazırda onlar arasında Hindistanın əsas danışıq dillərindən biri olan qucarat dili mühüm yer tutur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |