Cəmilə Novruzova

Cəmilə Novruzova (tam adı: Novruzova Cəmilə Həsən qızı; 9 aprel 1930, Naxçıvan4 may 2011) — sənətşünas, pedaqoq, sənətşünaslıq doktoru, professor (1990).

Cəmilə Novruzova
Doğum tarixi 9 aprel 1930(1930-04-09)
Doğum yeri
Vəfat tarixi 4 may 2011(2011-05-04) (81 yaşında)

Cəmilə Novruzova 9 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

4 may 2011-ci ildə vəfat etmişdir.[1]

1952-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1962-ci ildə Azərbaycan Milli Elmlər Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi vəzifələrində çalışır. Azərbaycan heykəltəraşlığının yaranması və inkişafı problemlərinə, görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi əsərlərin müəllifidir. "SSRİ xalqları incəsənət tarixi" əsərinin hazırlanmasında iştirak etmişdir. 1988-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur. 1978-ci ildən Sənətşünaslıq doktoru, 1990-cı ildə professor olub.

Sənətşünas Əsəd Quliyev sənətşünas alim haqqında yazırdı: "Professor Cəmilə Novruzovanın elmi fəaliyyət dairəsini XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin yaranması və inkişaf xüsusiyyətləri, heykəltəraşlıq problemləri və tanınmış heykəltəraşların yaradıcılığının araşdırılması əhatə edirdi. Sənətşünas alim Azərbaycan heykəltəraşlıq məktəbinin məşhur simaları P. Sabsay, F. Əbdürrəhmanov, C. Qaryağdı, M. Mirqasımov, E. Hüseynova, T. Məmmədov, Ö. Eldarov, F. Bakıxanov və başqalarının həyat və yaradıcılığına həsr olunmuş 10 monoqrafiyanın, 200-ə qədər elmi məqalənin müəllifidir. Bu sırada "Sovet Azərbaycanının monumental heykəltəraşlığı" (rus dilində, 1960), "Heykəltəraşlıq haqqında" (Mürsəl Nəcəfovla birlikdə, 1960), "Azərbaycan sovet incəsənəti" (həmmüəllif, rus dilində, Moskva, 1970), "Tokay Məmmədov" (rus dilində, 1973), "Azərbaycan sovet heykəltəraşlığı" (1973), "Fuad Əbdürrəhmanov" (1974), "Azərbaycan SSR təsviri incəsənəti" (N. Həbibovla birlikdə, rus dilində, 1978), "Heykəltəraşlıq" (rus dilində, 1983), "Fuad Əbdürrəhmanov" (rus dilində, 1988), "İbrahim Zeynalov" (1998) və başqa kitabları qeyd etmək olar. O həmçinin "SSRİ xalqları incəsənəti tarixi" çoxcildliyinin hazırlanmasında iştirak edib"[2][1].

  1. "Sənətşünas alim, unudulmaz pedaqoq". medeniyyet.az (ingilis). 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Əsəd Quliyev "Sənətşünas alim, unudulmaz pedaqoq". "Mədəniyyət" qəzeti. 24 dekabr 2021-ci il. Səhifə 6. https://medeniyyet.az/page/news/60448/Senetsunas-alim-unudulmaz-pedaqoq.html Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-452. ISBN 5-8066-1468-9.
  • Əsəd Quliyev "Sənətşünas alim, unudulmaz pedaqoq". "Mədəniyyət" qəzeti. 24 dekabr 2021-ci il. Səhifə 6. https://medeniyyet.az/page/news/60448/Senetsunas-alim-unudulmaz-pedaqoq.html