Cəmil Aleksandroviç-Nasifi 1882-ci ildə Qrodnenski vilayətində anadan olub. Mənşəcə litva tatarıdır.
"Krımın tədqiqi cəmiyyəti"ndə işləyib.
1920-ci illərin əvvəllərində Bakıya gəlmişdir.
1923-cü ildən başlayaraq Azərbaycan Arxeoloji Komitəsində, 1927-ci ildən "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi"ndə ("Azkomstaris"də) işləyib.
Xarici Şərq bürosunun, o cümlədən də türk-əfqan komissiyası bölməsinin üzvü olub.
C.Aleksandroviç XX əsrin 20-ci illərinin ortalarında Arxeoloji Komitənin sədr müavini seçilib.
Bir neçə dili bilirdi: alman, fransız, rus, ukrain, türk, ərəb, fars, ingilis, polyak dillərini.
1924-cü ildən "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin tarixi-etnoqrafiya bölməsinin işində fəal şəkildə iştirak edib.
Cəmiyyət və Arxeoloji Komitə tərəfindən aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntılarda iştirak edib: 1926-cı ildə İ.İ.Meşşaninovun rəhbərliyi altında, V.Zummer, Ə.Ələkbərov, İ.Cəfərzadə, B.Latınin, T.Passek, V.Sısoyevlə birlikdə Xocalı kurqanının tədqiqində.
1925-ci ildəGəncə, Şamaxı, Yevlaxda arxeoloji və etnoqrafik tədqiqatlar aparıb. Qız qalası ətrafında onun tərəfindən böyük işlər aparılmışdır.
O, müxtəlif elmi jurnallarda çap edilən çoxsaylı məqalələrin və işlərin, xüsusilə də yüksək elmi səviyyədə yazılmış litva tatarlarının tarixi və etnoqrafiyası üzrə iki maraqlı əsərin müəllifidir. Bu işlərdə polyak və Litva xalqlarının müxtəlif coğrafi adlarında, məişəti, adətləri, geyimləri, silahlarında türk elementlərinin iştirakı barədə danışılır.[1]