Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Cəmil Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Nəcəf Nəcəfov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır.[1] 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfov "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edildi.