"Cənab Pundalik" filmi — Rejissor Dadasaheb Tornenin çəkdiyi 1912-ci il Hindistan filmidir. Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur.
Cənab Pundalik | |
---|---|
Shree Pundalik | |
Janr | səssiz film |
Rejissor | Dadasaheb Torne |
Əsərin müəllifləri | Dadasaheb Torne, Conson (mübahisəli) |
Ssenari müəllifi | Dadasaheb Torne |
İlk baxış tarixi | 18 may 1912 |
Ölkə | |
Texniki məlumatlar | səssiz, 22 dəqiqə, ilk Hindistan filmi |
Rəng | ağ-qara[d] |
"Cənab Pundalik" səssiz filmi Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. Filmi Dadasaheb Torne özü tək çəkmişdir. Filmin çəkilişi 2 həftə sürdü. Ondan sonra çəkilmiş kinolentlər Londona göndərilib emal edildi. 18 may 1912-ci ildə film Hindistanda göstərildi.
Bəziləri bu filmin ilk Hindistan filmi olmağa layiq olmadığını qeyd etdi. Onlar 1913-cü ildə çəkilmiş Raca Harişçandranın ilk film olduğunu iddia etdilər. Bu fikirlər mübahisəli olaraq qaldı, çünki, sübuta yetirilməmişdi. Bu fikirlər həm də iki Dadasahebin arasında buzların ərimədiyini də göstərirdi.
Filmin Londona göndərilməsi və Conson adlı bir ingilisin bu barədə bir pyes yazması da tənqid olundu.
1996-cı ildə çap olunan "Marathi və Hind kino əlaqələri" kitabında "Cənab Pundalik" filminin bir neçə kadrlarının şəkli də çap olundu. Bu, neçə ildən sonra ilk idi.
2012-ci ilin 18 mayı filmin 100 illiyi təntənəli şəkildə qeyd olundu.
"Pundalik" ilk olmaq şərəfini əldən verdi Arxivləşdirilib 2013-05-30 at the Wayback Machine