Səssiz film

Səssiz film — sinxron səs yazılışı olmayan, sadəcə dialoqlardan ibarət olan film.

Belə filmlərin texnologiyası 1860-cı illərdə ixtira olunmuşdur. İlk səssiz film 1888-ci ildə çəkilmişdir.

Amerikalı məşhur kinorejissor və prodüser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada ekranda əks etdirən Qriffis indiki dövrdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi, film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi.

Birinci dünya müharibəsi sonrası yorğun və dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış "UFA" adlı şirkət alman kinosunu Veymar Cumhuriyyəti dövründə (1919–1933) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi "Ernst Lubitsch’in Madame Du Barry" (1919) və "Anna Boleyn" (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin "Doktor Kaliqarinin müayinəxanası" (Das Kabinen des Dr. Caligari) (1919) filmi oldu. Bu filmdə səhnələr qəhrəmanların iç dünyalarını əks etdirə biləcək şəkildə uyğunlaşdırılmış, dekor, işıq və başqa elementlər filmin mövzusunu və duyğu tonlarını göstərəcək formada, sanki plastik bir ləvazimat kimi yoğrulmuşdu. 1920-ci illərdə inkişafın pik nöqtəsinə çatan alman ekspersiyası dünya kino səhnəsinə Fritz Lanq və Fridrix Vilhelm Murnau kimi iki film ustası çıxardı. 1925-ci ildə müflisləşməyin astanasında olan UFA böyük Amerikan film şirkətlərinin köməyi ilə xilas edildi və bu kömək qarşılığında alman rejissorlar və texniki işçilər ABŞ-yə gedərək orada işləməyə başladı. Daha sonra Hitlerin iqtidara gəlməsi ilə də çox sayda alman kino adamları ABŞ-yə yerləşərək Hollivud kinosuna öz xidmətlərini göstərəcəkdi.

1920-ci illərin ikinci yarısında Alman kinosu müharibənin yaratdığı kütləvi çöküntünün də təsiri ilə təsiredici psixoloji mövzulardan həyatı olduğu kimi ifadə edən gerçəkci filmlərə yönəldi. "Yeni Praqmatizm" (Neue Sachlichkeit) adı verilən bu yönəlmənin ən qabaqcıl təmsilçisi Corc Vilhelm Pabst oldu. Müharibə sonrasında kino sahəsindəki ən önəmli inkişaflardan biri də SSRİ-də meydana çıxdı.

Ajitasiya (alman təsiri), propoqanda üçün kinoya xüsusi bir önəm verən Sovet hökuməti, dünyanın ilk kino məktəbi olan "Dövlət Kino İnstitutu"nu qurdu və ajitasiya və kino kəlmələrindən yaradılan Agitki"- propoqanda filmləri kəlməsi ilə tanınan filmlərin istehsalını sürətləndirdi. İmkanlar son dərəcə qıt olduğuna görə agitkilər çarlıq dövründə çəkilmiş köhnə filmlərin yeni rejissorların propaqandasını yaradacaq şəkildə yenidən qurulmasıyla hazırlanırdı. Bu çətinlik SSRİ-də bəzi düzəltmələr üzərində geniş işlər aparılmasına və bəzi qaydaların yaradılmasına gətirib çıxardı. Lev Vladimiroviç Kuleşov boş kamerayla sınaqlar etdi və yalnız görüntülərin fərqli formada sıralanması ilə çox dəyişik hiss və görüntülər yaradıla biləcəyini sübut etdi.

Səssiz filmin son illərində isə ABŞ kinosunda getdikcə artan inhisarçılıq və böyük böhranın ilk izlərinin nəticəsi olaraq istehsalçı şirkətlərin riskdən qaçmalarına səbəb oldu və bunun nəticəsində Qriffis, Sennet, Çaplin, Kiton və Stroheym kimi yenilikçi kino insanlarının studiyalarla işləmə imkanları getdikcə azaldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]