Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası.
Mr. Robot | |
---|---|
ing. Mr.Robot | |
Janr | Dram filmi, Psixoloji film |
Rejissor | Sam Esmail |
Operator | Cey Cey Abrams |
Prodüser |
Sam Esmail Steve Golin Chad Hamilton |
Yaradıcısı | Igor Srubshchik |
Rollarda |
Rami Malik Çarli Çeikin Portia Doubleday Martin Volström Kristian Sleytr |
Bəstəkar | Mac Quayle |
İstehsalçı ölkə | ABŞ |
İl | 24 iyun 2015 |
Studiya |
Universal Cable Productions Anonymous Content |
Dil | İngilis dili |
Növü |
detektiv triller macəra fentezi |
Rəng | Rəngli |
Seriya vaxtı | Hər epizod 44-54 dəqiqə |
Telekanal | USA Network |
IMDb | ID8.8 |
Format |
480p (SDTV) 720p (HDTV) 1080p (HDTV) |
usanetwork.com/mrrobot | |
Vikianbarda əlaqəli mediafayllar |
USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam)
Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb.
Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.