Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir.
Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir.
Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi.
I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur. Beləki, I Abbas Osmanlılara qarşı 2 müharibəni tam qələbə ilə sonlandırmış,[1] üçüncü müharibənin başlanğıcında da qələbələr qazansa da, sonradan vəfat etmişdir.[2][3]
Bu termin bir qədər fərqli anlamda olsa da, hal-hazırda da Azərbaycan dilində istifadə olunmaqdadır.[4]