Sənətçi | Edmund Leighton |
---|---|
Tarix | 1901 |
Xüsusiyyəti | Kətan üzərinə yağlı boya |
Ölçüsü | 144 cm × 100 cm (57 in × 39 in) |
Yer | Xüsusi kolleksiya |
Cəngavərlik rütbəsinin verilməsi — (Englishː The Accolade) ingilis rəssam Edmund Leightonun çəkdiyi rəsmdir. Bu, mövzusu cəngavərlik olan God speed (Tanrı sürəti - 1901) və Dediction (İthaf - 1908) əsərləri daxil olmaqla 1900-cü illərdə ərsəyə gətirdiyi xeyli rəsmlərdən biridir. Leightonun əsərlərinin və dövrünün ən çox tanınan tablosu kimi təsvir edilir.
Rəsmin orijinalı və ilham mənbəyi ilə bağlı çoxlu hekayələr var. Tarixçilər təsdiq edir ki, bu rəsm rütbə verilməyə, cəngavərliyi təsdiq etməyə, cəngavərliyə qəbul olunmağa həsr olunub. Rəsmdə təsvir olununan namizədin çiyinlərinə qılıncın küt tərəfi ilə yavaşca toxundurmaq yaxud kürəyini qucaqlamaqla birlikdə bu cür mərasimlər bir neçə forma almışdı. İlk nümunədə seçiləcək olan namizəd cəngavər taxtındakı monarx qarşısında diz çökür. Monarx qılıncın kənarını cəngavərin sağ çiyninə toxundurur. Ondan sonra monarx qılıncı yavaşca şagirdin başı üzərinə qaldırır və sol çiyninə aparır. Yeni təyin olunmuş cəngavər qalxır, idarəçi ona cəngavər ordeninin nişanəsini göstərir. Rəsmdə isə mərasim gənc kraliça tərəfindən müşayiət olunur, cəngavər onun qarşısında sədaqət və itaətlə əyilir. İzləyənlər kraliçanın mərasim şahidləri kimi onun soluna yığılıblar.
Bütün incəsənət klassikləri Cəngavər rütbəsinin verilməsini Leightonun ən tanınmış əsəri adlandırırdılar, həmçinin sənət yeniləmə mərkəzinin direktoru da bu əsəri orta əsrlər rəsm sənətinin nümunəsi kimi təsvir edir, bununla yanaşı dövrünün yaxşı tanınan rəsm əsərləri arasında Leightonun ən məşhur əsərlərindən biridir. Sotheby-nin kataloqu bunu orta əsrin ən yaddaqalan mövzuları kimi ifadə edir. Onlar həmçinin qeyd edirlər ki, bu kolleksiya iki həmişəyaşar xüsusiyyəti ehtiva edir: Böyük diqqətlə işlənmiş detal və insanlığın həssaslığını tutmaq.