Cənub qaramurdaçası

Cәnub qaramurdarçası[2] (lat. Cornus sanguinea) —

Cənub qaramurdaçası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları saplaqlıdır, uzunluğu 2-9,5 sm, eni 6 sm-ə qədərdir, üst tərəfdən parlaqyaşıl, alt tərəfdən solğundur, hər iki tərəfdən sıx qısa, iki yerə bölünmüş tükcükləri olduğuna görə kələ-kötürdür, yumurtaşəkilli-ellipsvari və ya ellipsvari, qısa sivri sonluqludur; yarpağın qaidə hissəsi dəyirmi və ya enli-pazşəkillidir; yan damarçıqlar hər tərəfdən 4-5 ədəd yerləşmişdir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçək qrupu çox vaxt yastı olur, eni 6 sm-ə qədərdir, çiçək qrupunun saplaq və budağı sıxılmış tüklüdür. Ləçəkləri 5-6 mm uzunluqdadır və neştərtvari formada olub, xaricdən tüklüdür. Çiçəklənməsi may-iyun aylarına təsadüf eləyir.

Meyvə[redaktə | mənbəni redaktə et]

Meyvələri şarşəkillidir, qara rəngdədir,diametri 5-9 mm-dir. Çəyirdəyi şarşəkillidir. Meyvə verməsi sentyabr ayına təsadüf eləyir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qafqaz şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan. dağ., Lənkəran dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, meşənin kənarlarında, kolluqlarda, çayların sahilində,dərələrdə rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 117.
  2. "Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı.Bakı: 2016"