Cənuba basqın

Vyetnam ərazisinin illər üzrə genişlənməsini göstərən xəritə.

Cənuba basqın (vyet. Nam tiến, nam tien) — indiki Vyetnamın cənub hissəsini təşkil edən ərazilərin XI–XIX əsrlərdə vyetlər tərəfindən zəbt edilməsi prosesini[1][2] təsvir edən tarixi konsepsiya.[3] Müxtəlif qəbilələri fəth edən Vyetnam tədricən Xonqxa çayı deltasındakı əsas mərkəzindən cənuba doğru irəliləmişdir. Təxminən 700 il ərzində Vyetnam öz ərazisini üç dəfə artırmış və müasir uzanmış formasını almışdır.

  1. Nguyen, Duy Lap. The unimagined community: Imperialism and culture in South Vietnam. Manchester University Press. 2019. ISBN 978-1-52614-398-3.
  2. Anne-Valérie Schweyer. "The Chams in Vietnam: a great unknown civilization". French Academic Network of Asian Studies. 2019. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21. (#redundant_parameters); (#redundant_parameters)
  3. Reid, Anthony. A History of Southeast Asia: Critical Crossroads. Wiley. 2015. ISBN 978-1-11851-300-2.