Cənubi Abşeron körfəzi

Abşeron körfəziAbşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi[1] və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir[2][3]. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Körfəz əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri üstünlük təşkil edir[4].

Abşeron körfəzi
Ümumi məlumatlar
Tip Körfəz
Adalar

Qu (ada),
Çilov,

Pirallahı
Su tutumu 3626000 km²
Duzluluğu 13 
Yerləşməsi
40°31′ şm. e. 50°25′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Akvatoriyası
Abşeron körfəzi xəritədə
Abşeron körfəzi
Abşeron körfəzi
Abşeron körfəzi (Azərbaycan)
Abşeron körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən böyük və tək limanı Dübəndidir. 1944 ildən "Damba" tipli körpü limanın əhəmiyyətini azaldıb.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Körfəzin Abşeron sahillərində və ona daxil olan adalarında Dübəndi, Gürgan, Pirallahı,Çilov, BilgəhNeft Daşları kimi yaşayış məntəqələri var.

Abşeron sahilləri istisna, adalar və Neft daşları estakadalarında neft çirklənməsi aktualdır.

  1. Cənubi Abşeron körfəzi
  2. Abşeron körfəzləri // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 59. ISBN 978-9952-441-02-4.
  3. Azərbaycan Milli Ensiklopediyası / I CİLD // Abşeron körfəzləri. 59 səh
  4. "Körfəzin iqlimi". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.