Cənubi Afrika Milli Biomüxtəliflik İnstitutu (SANBI) — biomüxtəliflik haqqında məlumatın tədqiqi, yayılması ilə məşğul olan və qanuni olaraq ölkənin biomüxtəliflik ehtiyatlarının idarə edilməsinə töhfə vermək səlahiyyətinə malik təşkilatdır.
Cənubi Afrika Milli Bioloji Müxtəliflik İnstitutu | |
---|---|
(SANBI) | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Cənubi Afrika |
Yaradılma tarixi | 01.09.2004 |
Əvvəlki qurum | Milli Botanika İnstitutu |
İllik büdcəsi | ▼633 m ZAR (2020/21)[1]--illik büdcəsi--> |
Baş qərargah | SANBI Sərgi Mərkəzi, Pretoria Milli Nəbatat Bağı, Qautenq vilayəti |
Rəhbərlik | |
Nazir | Barbara Krisi |
Baş icraçı direktor | Şinosani Munjedzi |
|
|
Tabeliyində olan orqan | Ətraf Mühitin Mühafizəsi İdarəsi |
Rəsmi saytı | sanbi.org |
Təşkilat Cənubi Afrikanın Ətraf Mühit Departamentinin nəzdində 2004-cü il tarixli, 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır (sonra Meşə, Balıqçılıq və Ətraf Mühit Departamenti adlandırıldı).
SANBI 1 sentyabr 2004-cü ildə Ətraf Mühit Departamentinin nəzdində 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır. 1989-cu ildə, Cənubi Afrikanın florasını öyrənmək və qorumaq üçün XX əsrin əvvəllərində yaradılmış Milli Nəbatat Bağları və Botanika Tədqiqat İnstitutundan muxtar qanuni Milli Botanika İnstitutu yaradılmışdı. Milli Botanika İnstitutunun mandatı Cənubi Afrika ekosistemlərinin tam müxtəlifliyini daxil etmək üçün aktlaşdırıldı. MBİ-nun baş ofisi Keyptaundakı Kirstenboşda, bütün Cənubi Afrikada bağlar və tədqiqat mərkəzləri var idi.[3]
Xidmətlərinə bilik, məlumat, siyasət dəstəyi və məsləhətlərin verilməsi, tədqiqat, təhsil və ictimai zövq üçün botanika bağlarının idarə edilməsi, ekosistemin bərpası və reabilitasiyası proqramları ilə məşğul olmaq və biomüxtəlifliyin idarə olunması üçün ən yaxşı təcrübə modellərini təqdim etmək daxildir.[4]
Əsas fəaliyyətlərinə konservasiya və davamlı istifadə üzrə tədqiqatlar, bağların inkişafı və bağçılıq, təhsil və biomüxtəliflik informasiya sistemlərinin təmin edilməsi, ekosistemlərin reabilitasiyası və bioregional planlaşdırma proqramlarının və siyasətlərinin inkişafı üzrə tədqiqatlar daxildir.[4]
SANBI məktəb səviyyəsində biomüxtəliflik elmində iştiraka təşviq, biomüxtəlifliyin tədrisi və öyrənilməsinin keyfiyyətini gücləndirmək üçün ekosistemlərin bərpası proqramlarında təlim vermək və davamlı məşğulluq yaratmaqla yoxsulluğun azaldılmasına töhfə verir.[4]
Araşdırma SANBI-nin gündəliyinin əsas komponentidir və iqlim dəyişikliyi və bio-uyğunlaşma ilə bağlı tədqiqatları əhatə edir. Tədqiqat iqlim dəyişikliyi siyasətinin hazırlanması və qərar qəbulu ilə bağlı məlumatlandırmaq məqsədini daşıyır.[4]
SANBI qanuni olaraq ölkənin biomüxtəliflik resurslarının idarə edilməsinə töhfə vermək səlahiyyətinə malikdir.[4] İnstitut, ölkənin yerli bitkilərinin təsviri və onların milli mühafizə statusu ilə məlumat bazası olan Cənubi Afrika Bitkilərinin Qırmızı Siyahısına ev sahibliyi edir.[5]
SANBI müxtəlif növ heyvanların ümummilli biomüxtəlifliyinin mühafizəsi üzrə qiymətləndirmələrini və bu qiymətləndirmələrə əsasən məlumatların toplanması üçün çöl səfərləri aparır. Maraqlananlar da bir neçə vətəndaş elmi layihələrində iştirak edə bilərlər.[4]
Həm daxili, həm də xarici istifadəçilər üçün mövcud informasiya ehtiyatlarını birləşdirən biomüxtəliflik bilikləri və məlumatların idarə edilməsi sistemi təmin edilmişdir.[4]