Cənubi Asiya depressiyası

Asiya depressiyası və ya Cənubi Asiya depressiyası — yay aylarında Asiya qitəsi üzərində yaranan alçaq təzyiq sahəsi. İyulda mərkəzində, yəni Əfqanıstan üzərində təzyiq 995 millibara çatır. Asiya depressiyasının cənub hissəsini qitədən tropiklərə doğru yönəlmiş ekvatorial depressiya hesab etmək. Şimalda onun yaranmasına səbəb qitə üzərində qütb cəbhəsi siklonlarının fəaliyyətidir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Asiya depressiyası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Энциклопедический словарь. 2009. Азиатская депрессия.