Cənubi Koreya–Özbəkistan münasibətləri — Cənubi Koreya və Özbəkistan arasındakı ikitərəfli münasibətlər. Koreya Respublikası 30 dekabr 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan Asiya-Sakit okean bölgəsindəki ilk ölkə olur və iki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1992-ci ildə qurulur. O vaxtdan bəri ikitərəfli münasibətlər davamlı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi və təhsil sahələrində əməkdaşlıq genişlənmişdir[1].
İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1992-ci ildə qurulmuşdur. Qısa müddət sonra Cənubi Koreya Daşkənddə[2], Özbəkistan isə Seuldakı səfirliyini açır[3].
22-25 noyabr 2017-ci il tarixlərində Şavkat Mirziyayev dörd günlük Cənubi Koreyaya səfər edir və burada Cənubi Koreya Prezidenti Mun Çje İn ilə görüşür[4]. Səfər zamanı Mirziyayevə Bələdiyyə Başçısı Park Vonsun tərəfindən Seulun Fəxri Vətəndaşı adı da verilir[5][6]. 18-21 aprel 2019-cu il tarixlərində Cənubi Koreya Prezidenti Mun Çje İn Özbəkistana dördgünlük dövlət səfəri edir və burada prezident Mirziyayev ilə görüşür. Cənubi Koreya Prezidenti həmçinin, Ali Məclisin iclasında çıxış edir[7][8]. Üstəlik Daşkənddəki Koreya Mədəniyyət və Sənət Evinin açılış mərasimində iştirak edir[9].
Özbəkistan Cənubi Koreyanın Orta Asiyada aparıcı xarici ticarət tərəfdaşlarından biridir[10]. Üstəlik Cənubi Koreyanın özü də Rusiya, Çin, Qazaxıstan və Türkiyə[11] ilə birlikdə ölkənin beş əsas xarici ticarət tərəfdaşından biridir. ABŞ və Avropa İttifaqı[12] tərəfindən Özbəkistana qarşı ticarət və iqtisadi sanksiyaların tətbiq olunmasına səbəb olan 2005-ci il Əndican hadisələrindən sonra Cənubi Koreya eləcə də Çin, Yaponiya və Rusiya Özbəkistandakı insan haqları vəziyyətinə diqqət yetirmədən onunla iqtisadi və ticarət əlaqələrini davam etdirmişdir[13].
2009-cu ildə Korean Air, Nəvai Hava Limanına nəzarəti ələ alır və 10 illik inkişaf planına uyğun olaraq modernləşdirmə proqramını daha da sürətləndirir. Ən son avadanlıqdan istifadə edərək ildə 100.000 ton yük daşıya bilən Orta Asiyada ən böyük hava yük terminalının tikintisini həyata keçirir. 12 avqust 2010-cu il tarixində Nəvai hava limanında beynəlxalq multimodal logistika mərkəzinin yaradılması mərhələlərindən biri olan yeni bir yük terminalı açılır. Cənubi Koreya Özbəkistanın müxtəlif bölgələrində, o cümlədən Nəvai və Əngrendə azad iqtisadi zonaların yaradılmasında çoxsaylı layihə və proqramlarda fəal iştirak etmişdir[14].
22 may 2016-cı il tarixində Cənubi Koreyanın Baş naziri Hvanq Qyoanın Özbəkistana səfəri zamanı Özbəkistan Baş Naziri Şavkat Mirziyayev ilə birlikdə Cənubi Koreyanın ən böyük investisiya layihələrindən biri olan Qaraqalpaqıstandakı Ustyurt Qaz Kimya Kompleksinın açılışında olur. Tikinti dəyəri 4 milyard ABŞ dolları təşkil edir[15][16].
2019-cu ildən etibarən Özbəkistan Cənubi Koreyanın inkişaf etməkdə olan Avropa və Orta Asiyada üçüncü ən böyük tərəfdaşıdır: 2019-cu ildə ticarət 2,7 milyard dollar, Cənubi Koreyanın Qazaxıstan və Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyalar 7 milyard dolları keçmişdir[17].
24-27 noyabr 2020 tarixlərində Seulda 13-cü Koreya Respublikası - Orta Asiya Forumu keçirilmişdir[18]. Bu müddətdə COVID-19[19] ilə mübarizə, xarici ticarətdəki qalan maneələrin aradan qaldırılması və keyfiyyətin yaxşılaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyininartırılması kimi məsələlərə toxunulmuşdur[20][17].
Özbəkistan Cənubi Koreyalı mütəxəssisləri İnformasiya Texnologiyaları və Kommunikasiya İnkişaf Nazirliyində nazir müavinləri və bir sıra universitetlərdə prorektor vəzifələrində çalışmağa dəvət etmişdir. 2014-cü ildə İnha Universiteti kompüter elmləri və yüksək texnologiyalar sahəsində ixtisaslaşmış və bütün kursları ingilis dilində təqdim edən Daşkənd filialını açır[21].
Yeoju Texnologiya İnstitutu 2018-ci ildə Özbəkistanda ilk özəl universitet olan Daşkəndd filialını açır[22]. İnstitutun kurslarına memarlıq və şəhərsalma, mülki mühəndislik, alternativ enerji, biznesin idarəedilməsi, turizm, beynəlxalq marketinq, beynəlxalq iqtisadi əlaqələr, ibtidai təhsil, koreya filologiyası, estetika və moda dizaynı kimi sahələr daxildir[23].
20 aprel 2019-cu ildə Prezident Mun Çje İn Özbəkistana səfəri zamanı Daşkənddə Koreya Mədəniyyət və Sənət Evi açılır. Səmərqənd, Buxara və Nukusda Koreya mədəniyyət mərkəzləri vardır[24][25].