Cənubi Koreya–İsrail münasibətləri

İsrail–Cənubi Koreya münasibətləriCənubi Koreya Respublikası və İsrail arasındakı mövcud ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. Cənubi Koreya 1948-ci ildən bəri İsrail ilə münasibətləri davam etdirir[1] və 1962-ci ildə hər iki dövlət rəsmi şəkildə ikitərəfli diplomatik münasibətlər qurulmuşdur İsrail və Cənubi Koreya bütün sahələrdə, xüsusilə müdafiə sahəsində, eyni zamanda bərpa olunan enerji, elm və texnologiya, ikitərəfli ticarət sahələrində əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirirlər[2].

İsrail–Cənubi Koreya münasibətləri
İsrail və Cənubi Koreya
 İsrail  Cənubi Koreya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

10 aprel 1962-ci ildə Koreya və İsrail rəsmi diplomatik münasibətlər qurulmuşdur[3][4]. Ancaq iki ölkə arasındakı münasibətlər daha erkən, 1950-ci ildə Koreya müharibəsi başlayandan dərhal sonra başladı. İsrailin ilk baş naziri David Ben-Qurion İsrail qüvvələrinin Koreyada BMT qüvvələri ilə birləşməsi üçün göndərilməsini dəstəklədi. Ancaq MAPAM siyasi partiyası Cənubi deyil, Şimali Koreyanı dəstəklədiyi üçün qarşı çıxdı. Güzəşt olaraq İsrail hökuməti qoşun göndərmək əvəzinə Cənubi Koreya hökumətinə 100.000 dollarlıq dərman və ərzaq göndərdi[1].

Koreya müharibəsinin sona çatması İsrail və Cənubi Koreya arasındakı münasibətləri möhkəmləndirdi. İsrail xarici identifikasiya siyasətini ABŞ və BMT ilə bir ittifaqa çevirdi.

Tarixi əlaqələr

[redaktə | mənbəni redaktə et]

İsrail Seulda 1964-cü ilin avqustunda səfirliyini açır. İsrail Cənubi Koreyaya infrastruktur, su və müdafiə sənayesi qurmağa kömək edir. Cənubi Koreya ordusu İsraildən çoxlu sayda silah, o cümlədən Uzi hücum tüfəngini alır. 1966-cı ildə hər iki ölkənin nümayəndə heyətləri qarşılıqlı səfərlər təşkil edirlər[5].

1978-ci ilin fevralında İsrail hökuməti Seuldakı bir səfirliyi bağladı. 1973 və 1979-cu illərdəki neft böhranları Cənubi Koreya hökumətinin İsrailə qarşı siyasətinə təsir etdi. Müvəqqəti olaraq Cənubi Koreya İsrailin qonşularını yahudi dövlətindən üstün tutmağa başladı[3][5].

Cənubi Koreya prezidenti Park Con Hi Moşe Dayandan səfirliyi bağlamaq qərarına yenidən baxmasını istədi, ancaq Dayan imtina etdi. Ancaq Cənubi Koreyanın İsrail ilə diplomatik əlaqələri dondurulmadı, təmaslar Tokio üzərindən edildi. İsrailin Tokiodakı səfiri Cənubi Koreyada qeyri-rezident səfir olaraq çalışdı[5].

İsrail və qonşuları arasındakı münasibətlərin normallaşması və dondurulmasından sonra Cənubi Koreya 1992-ci ildə İsrail səfirliyinin açılmasını təsdiqlədi. Tezliklə hər iki dövlət aviasiya sənayesi və Veysmann İnstitutu arasında əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzaladı[5].

İqtisadi əməkdşlıq

[redaktə | mənbəni redaktə et]

İsrail ilə Cənubi Koreya arasındakı ticarət 1990-cı ildən 2000-ci ilə qədər 6 qat artaraq 148 milyon dollardan 1 milyard dollara çatdı. On il ərzində Cənubi Koreya İsrailə idxal olunan avtomobil bazarının 15% -ni və mobil telefon bazarının 20% -ni nəzarətdə saxladı. İsrailin Cənubi Koreyaya ixracı da eyni müddət ərzində eksponentsional olaraq artdı[5].

2001-ci ildə Cənubi Koreya və İsrail yeni məhsulların inkişafı üçün Araşdırma və İnkişaf Fondunun təşkili haqqında ikitərəfli müqavilə imzaladılar.

Hərbi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Seul iki ədədd EL/M-2080 Green Pine («Oren Yarok») radar sistemlərini İsraildən satın alır. Sistemlər 2012-ci ildə Koreya ordusunda istifadə olunmağa başlanılır

İsrail Cənubi Koreyaya IAI Harpyda daxil olmaqla dronlar satdı. Cənubi Koreya İsrail Silahlı Qüvvələrinin təlimi üçün təyyarələrinin tədarükündə tenderdə İtaliyanın Aermacchi M-346 şirkəti ilə yarışdı. Koreya Hərbi Hava Qüvvələri israilliləri danışıqlara başladıqdan sonra İtaliyaya prioritet müqavilə təklif etməkdə ittiham etdi. 2012-ci ilin yanvar ayında Cənubi Koreya hökuməti, İsrail Müdafiə Nazirliyinin Koreya Aerokosmik Agentliyindən KAI T-50 Golden Eagle qırıcı təyyarələrin simulyatoru seçməsi üçün son bir sənaye əməkdaşlığı təklif etdi. İsrail Müdafiə Nazirliyinin Baş qərargah rəyisi Exud Şani Cənubi Koreyaya gələrək bir satınalma mövzusunda danışıqlar apardı[6]. Əməliyyat dəyərinin 1 milyard dollardan çox olduğu bildirildi[7]. İtalyanlar nəticədə tenderi qazandı, bu qərar Cənubi Koreyanı narahat etdi[8]. Cənubi Koreya da İsrailin Dəmir Qübbə sistemini əldə etməkdə maraqlı olduğunu bildirdi, lakin sövdələşmə hələ bağlanmadı və gələcəyi təhlükədə olduğu görülür[9]. 15 avqust 2014-cü il tarixində Cənubi Koreya Dəmir Qübbə sistemini almağa yenidən maraq göstərdi[10].

2017-ci ilin oktyabr ayında yeni bir nəsil UPA-ların istehsalı üçün «Korea Aviation Technologies» şirkəti ilə ortaq bir İsrail-Koreya müəssisəsinin təşkil olunması elan edildi. Şirkət İsrail Dövlət Müdafiə konserni IAI və Cənubi Koreyanın «Kankuk Carbon» şirkəti əsasında quruldu[11].

2018-ci ilin noyabr ayında Cənubi Koreya ümumi dəyəri 292 milyon dollar olan İsrailin «Taasy Avirit» konserninin ən son iki «Oren Yarok» radar sistemini əldə etmək istəyini dilə gətirdi. Sistemlərin 2020-ci ilin əvvəlində təhvil veriləcəyi gözlənilir[12].

  1. 1 2 Israel’s Role in the UN during the Korean War Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine.
  2. "South Korea sees Israel as partner in security and peace". The Jerusalem Post - JPost.com. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 Israeli Ministry of Foreign Affairs Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine accessed May 4, 2010
  4. RoK Ministry of Foreign Affairs and Trade Arxivləşdirilib 2013-03-13 at the Wayback Machine accessed May 4, 2010
  5. 1 2 3 4 5 "The Improvement in Israeli-South Korean Relations - Yaacov Cohen". 4 October 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. Sungwoo Park. "Israeli Defense Chief Visits S. Korea on Jet Contract, UPI Says". Bloomberg. 2012-01-07. 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. Yaakov Katz. "Korea issuing final proposal in IAF deal". Jerusalem Post. 2012-01-20. 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. Amos Harel and Gili Cohen. "Israel opts for Italian training plane over South Korean competitor". Haaretz. 2012-02-20. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. Tzvi Ben Gedalyahu. "Billion Dollar Weapons Sale to Asia". Arutz Sheva. 2012-01-09. 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. Zachary Keck, The Diplomat. "South Korea Eyes Israel's Iron Dome". The Diplomat. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. "Израиль и Южная Корея создают совместное предприятие для выпуска БПЛА нового поколения". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. Южная Корея приобретет у Израиля еще две радарные системы «Орен Ярок» Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine, NEWSru.co.il