Cənubi Mancuriya dəmiryolu - Mancuriyada Harbindən Port-Artura qədər uzanan, uzunluğu 1022 km. olan dəmiryol xətti
Şərqi-Çin dəmiryol xəttinin tərkib hissəsi kimi Cənubi Mancuriya dəmiryol xətti Xarbin - Port-Artur dəmiryol xətti üzrə 1898-1903-cü illərdə çəkilmişdir. Bu dəmiryol xəttinin tikintisi 1898-ci il Rusiya-Çin konvensiyasına əsasən Kvantun əyaləti ilə Dalyan və Port-Artur limanları arasında dəmiryol əlaqəsinin yaradılması məqsədilə aparılmışdır.
1904-1905-ci illərdə baş vermiş Rusiya-Yaponiya müharibəsindən sonra, Portsmut sülh müqaviləsinə əsasən Şərqi-Çin dəmiryolunun Cənubi Mancuriya xəttinin Port-Arturdan Çançuna qədər uzanan 735 km.-lik böyük bir hissəsi daş kömür şaxtaları da daxil olmaqla, əmlakı ilə birlikdə Yaponiyanın ixtiyarına keçdi. Şərqi-Çin dəmiryol xəttinin Rusiyanın əlində qalan ən cənub stansiyası Çançun şəhərinin şimal hissəsində yerləşən Kuançentszı stansiyası oldu [1].
Cənubi Mancuriya dəmiryol xəttinin Yaponiya hissəsi 1906-cı ildə əsası qoyulan və qərargahı Dayrendə yerləşən Cənubi Mancuriya dəmiryol kompaniyası tərəfindən idarə olunurdu. Cənubi Mancuriya dəmiryol xəttinin Şərqi-Çin dəmiryol xətti rus ölçüləri əsasında (5 fut vəya 1524 mm) inşa edildiyi halda Rusiya-Yaponiya müharibəsi zamanı yaponlar bu dəmiryol xəttini Yaponiya dəmiryol xəttinin ölçülərinə (5 fut və ya 1524 mm) uyğunlaşdırdılar. Müharibə qurtardöqdan sonra bi dəmiryol xəttini Çinin dəmiryol xəttinə uyğunlaşdırmaq məqsədilə standart ölçülər (1435 mm) tətbiq olundu [2].
1907-ci ildə Rusiya ilə Yaponiya arasında Yaponiyanın əlində olan dəmiryol xəttinin ondan şimalda yerləşən və Rusiyanın ixtiyarında olan Şərqi Çin dəmiryolu ilə birləşdirilməsinə dair razılıq əldə edildi.
1945-ci ilin avqustundan keçmiş Şərqi Çin dəmiryol xətti SSRİ-nin və Çinin birgə idarəçiliyinə verildi, 1952-ci ildə bu dəmiryol xətti əvəzsiz olaraq Çinə verildi.