Cənubi Osetiya Xalqı Sülh Naminə

"Cənubi Osetiya Xalqı Sülh Naminə" Hərəkatı (oset. Цӕгат райгуырынц Хуссар Ирыстон, gürc. სამხრეთ ოსეთის ხალხი მშვიდობისთვის) — Cənubi Osetiyada müxalifət partiyası. Dmitri Sanakoyev və digər etnik osetinlər, o cümlədən Cənubi Osetiya hökumətinin keçmiş üzvləri (keçmiş daxili işlər naziri Camal Karkusov) tərəfindən yaradılan hərəkat Cənubi Osetiyanın prezidenti Eduard Kokoytını tənqid edir və Gürcüstana birləşməyi dəstəkləyir. Hərəkat rəsmi olaraq 24 oktyabr 2006-cı ildə "Cənubi Osetiyanın Milli Qurtuluş İttifaqı" adı altında yaradılmışdır. Onun ilk üzvlərinə osetin jurnalisti Vladimir Sanakoyev, Maya Çiqoeva-Tsaboşvili ("İber-İron" Gürcü-Osetin Birliyinin rəhbəri), Georgi Çiqoyev, Teymuraz Ceraqoyev və Urazmaq Karkusov daxil idi.

Cənubi Osetiyanın hökuməti hərəkatı qanunsuz elan etmişdir. 2009-cu ildə Camal Karkusov və onun qardaşı Yan Karkusov Rusiyaya qaçaraq FTX-nin göstərişi ilə hərəkət etdiklərini açıqlamışdılar. 2011-ci ildə hərəkatın təşkilatçısı Vladimir Sanakoyev Rusiyaya qaçaraq oxşar bəyanatla çıxış etmişdi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Мини пресс-конференция Владимира Санакоева и его меморандум". 2011-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.