Cənubi Vyetnam üzrə Mərkəzi İdarə

Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabı Hökumətində Ədliyyə naziri olmuş Çıonq Nhu Tanqa görə Cənubi Vyetnam üzrə Mərkəzi İdarə nəhəng Memot plantasiyasında yerləşirdi. [1]

Cənubi Vyetnam üzrə Mərkəzi İdarə (vyet. Văn phòng Trung ương Cục miền Nam), rəsmi olaraq Xalq İnqilabı Partiyasının Mərkəzi İcraiyyə KomitəsiVyetnam müharibəsi zamanı, 1962-ci ildən 1976-cı ildə ləğv edilənə qədər Şimali Vyetnamın Cənubi Vyetnam daxilindəki siyasi və hərbi qərargahı üçün ABŞ tərəfindən istifadə olunan termin. Vyetnam Respublikasının (Cənubi Vyetnam) cənub yarısında həm Vyetnam Xalq Ordusunun (VXO), Vyetkonqun və həm də Xalq İnqilabçı Partiyasının fəaliyyətlərini əhatə edən kommunist səylərinə ümumi komandanlıq etmək nəzərdə tutulurdu. Bəziləri onun varlığına şübhə edirdilər, lakin Cənubi Vyetnamda yerləşdirilmiş ABŞ komandiri general Vilyam Vestmorlend öz xatirələrində onun mövcudluğu və əhəmiyyəti şübhə doğurmayan bir şey kimi bəhs etmişdir.[2]

VXO general-mayoru və daha sonra dissident Çan Doya görə, Cənubi Vyetnam üzrə Mərkəzi İdarə əslində mövcud idi, Vyetkonqun təşkili və idarə olunmasına cavabdeh olmuşdu, ümumi komandanlıq funksiyasını yerinə yetirdi. Bununla belə, o, ümumi strategiyanı idarə edən, Hanoyda yerləşən Mərkəzi İdarə tərəfindən iyerarxik olaraq idarə olunurdu və birbaşa Hanoy tərəfindən idarə olunurdu. Cənubi Vyetnam üzrə Mərkəzi İdarə Vyetkonqun hərbi və siyasi səylərini idarə edirdi.[3]

ABŞ və Cənubi Vyetnam kəşfiyyat xidmətləri, müharibə səylərinə nəzarət etməkdə ümumi əhəmiyyətini nəzərə alaraq, təxminən on il ərzində davamlı olaraq Cənubi Vyetnam üzrə Mərkəzi İdarəni hədəf almışdır.[4] Müharibədə qalib gəlmək istəyən Riçard Nikson üçün bu, asılılığa çevrilmişdi.[5]

1965-ci ildə ABŞ-nin 400-ə yaxın döyüş təyyarəsi Cənubi Vyetnam üzrə Mərkəzi İdarəni hava hücumu ilə məhv etməyə cəhd göstərmişdi, lakin kölgə komandanlığına heç bir təsir göstərə bilməmişdir.[3] Kambocanın Memot dairəsində yerləşən qərargahına demək olar ki, gündəlik "B-52" basqınları onun rəhbərliyindən heç birini öldürə bilməmişdi. ABŞ və Cənubi Vyetnam xüsusi təyinatlı qüvvələr qruplarının əraziyə daxil edilməsi nəticəsində onlar daim məğlub olur və ağır itkilərlə qayıdırdılar.[4][6] Cənubi Vyetnam üzrə Mərkəzi İdarə və Mərkəzi İdarə 1969-cu ildə Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinə çevrilmişdir. Hökumətin rəhbərliyi 1970-ci ildə Vyetnam Respublikası OrdusuKhmer Milli Silahlı Qüvvələri tərəfindən ələ keçirilməkdən çətin şəkildə qurtulmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tảng, Chanoff və Doan, 1985
  2. Westmoreland, 1976
  3. 1 2 "Vietnam: A Television History; Tet, 1968; Interview with Tran Do, 1981". openvault.wgbh.org. March 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2018.
  4. 1 2 Gibson, James William. The Perfect War: Technowar in Vietnam. Grove/Atlantic, Inc. December 1, 2007. 400–405. ISBN 9780802196811.
  5. Weiner, Tim. One Man Against the World: The Tragedy of Richard Nixon. Henry Holt and Company. June 16, 2015. 84. ISBN 9781627790840.
  6. Gibson, James William. The Perfect War: Technowar in Vietnam. Grove/Atlantic, Inc. December 1, 2007. 400–402. ISBN 9780802196811.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]