Cerən Özbək (15 noyabr 1998) — Azərbaycanı təmsil edən taekvondoçu.
Cerən Özbək | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Cerən Özbək |
Vətəndaşlığı |
Türkiyə → Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Taekvondo |
Cərən Özbək 1998-ci il noyabrın 15-də anadan olub.
Cerən Özbək 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Cerən Özbək 1/4 final mərhələsində Meksika nümayəndəsi Brenda Lua ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Cerən Özbək qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[1] Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Abiqail Stones oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cerən Özbək rəqibinə 3:2 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Tailand nümayəndəsi Panipah Vonqfattanahit oldu.[1] Həmin görüşdə üstün tərəf Panipah Vonqfattanahit idi.[1] Nəticədə Cerən Özbək rəqibinə 1:22 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2][3] Cerən Özbək həmdə Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.