Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında

AzərbaycanYeniyetmələrin Olimpiya Oyunlarında. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında debüt edən Azərbaycan 2010, 2014 və 2018-ci illərdə olmaqla üç dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2020-ci ildə olmaqla isə bir dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparıb.

Azərbaycan
Yeniyetmələrin Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
Medallar
Yer: 19




12 10 4 26
Yay Olimpiya Oyunları
201020142018
Qış Olimpiya Oyunları
2020

Yeniyetmələrin Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub.

2010 Sinqapur Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu.[1]

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl və 3 gümüş medalla başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl)[2], boksçular Salman Əlizadə (gümüş)[3]Elvin İsayev (gümüş)[3] medala sahib oldu.

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 8 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı.

2014 Nancin Olimpiadası

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar və onların məşqçilərini qəbul edən zaman

Azərbaycan 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 5 qızıl, 6 gümüş və 1 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 12 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı.

2014-cü il Nancin Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 20102018-ci illərdə baş tutan olimpiadaların nəticələrini arxada qoydu.

2018 Buenos-Ayres Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə 10 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər Turan Bayramov (qızıl) və Şahanə Nəzərova (bürünc), cüdoçu Vüqar Talıbov (qızıl), ağır atlet Tarmenxan Babayev (gümüş), taekvondoçu Cavad Ağayev (bürünc) və boksçu Nurlan Səfərov (bürünc) medala sahib oldu.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 6 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 35-ci pillədə, medalların sayına görə isə 38-ci pillədə qərarlaşdı.

2018-ci il Buenos-Ayres Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğursuz nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 20102014-cü illərdə baş tutan olimpiadaların nəticələrindən geri qaldı.

2020 Lozanna Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 2020-ci ildə İsveçrənin Lozanna şəhərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu.

Tarixdə birinci dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.[4]

Olimpiadalar üzrə medal cədvəli

[redaktə | mənbəni redaktə et]

İdman növləri üzrə medal cədvəli

[redaktə | mənbəni redaktə et]
Sıra
İdman növü
1
Güləş
8
3
1
12
2
Boks
1
2
1
4
3
Cüdo
1
2
0
3
4
Taekvondo
1
1
1
3
5
Ağır atletika
1
1
0
2
6
Akademik avarçəkmə
0
1
0
1
7
Yüngül atletika
0
0
1
1
Cəmi
12
10
4
26

Gender üzrə medal cədvəli

[redaktə | mənbəni redaktə et]
Sıra
Gender
1
Oğlan
11
7
3
21
2
Qız
1
3
1
5
Cəmi
12
10
4
26

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]
Vüqar Talıbov Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qalib olan birinci cüdoçu olaraq düşdü
Medal
Medalçı
İdman növü
Yarış
Olimpiada
Murad Bazarov Güləş Oğlanlar, yunan-roma, -42 Kq. 2010 Sinqapur Olimpiadası
Elman Muxtarov Güləş Oğlanlar, yunan-roma, -50 Kq.
Patimat Bəhəmmədova Güləş Qızlar, sərbəst, -52 Kq.
Nicat Rəhimov Ağır atletka Oğlanlar, -69 Kq.
Kənan Quliyev Güləş Oğlanlar, sərbəst, -54 Kq.
Əli Məhəmmədəbirov Güləş Oğlanlar, sərbəst, -100 Kq.
Salman Əlizadə Boks Oğlanlar, -48 Kq.
Elvin İsayev Boks Oğlanlar, -57 Kq.
Natiq Qurbanlı Cüdo Oğlanlar, -55 Kq. 2014 Nancin Olimpiadası
Leyla Əliyeva Cüdo Qızlar, -44 Kq.
Cerən Özbək Taekvondo Qızlar, -44 Kq.
Boris Yotov Akademik avarçəkmə Oğlanlar, fərdi
Səid Quliyev Taekvondo Oğlanlar, -73 Kq.
Cabbar Nəcəfov Güləş Oğlanlar, yunan-roma, -50 Kq.
İslambəy Dadov Güləş Oğlanlar, yunan-roma, -69 Kq.
Nazim Babayev Yüngül atletika Oğlanlar, üçtəkanla tullanma
Leyla Qurbanova Güləş Qızlar, sərbəst, -62 Kq.
Teymur Məmmədov Güləş Oğlanlar, sərbəst, -63 Kq.
İqbal Hacızadə Güləş Oğlanlar, sərbəst, -100 Kq.
Rüfət Hüseynov Boks Oğlanlar, -49 Kq.
Vüqar Talıbov Cüdo Oğlanlar, -60 Kq. 2018 Buenos-Ayres Olimpiadası
Cavad Ağayev Taekvondo Oğlanlar, -63 Kq.
Tarmenxan Babayev Ağır atletika Oğlanlar, -85 Kq.
Şahanə Nəzərova Güləş Qızlar, sərbəst, 43 Kq.
Turan Bayramov Güləş Oğlanlar, sərbəst, -65 Kq.
Nurlan Səfərov Boks Oğlanlar, -60 Kq.

Bayraqdarların siyahısı

[redaktə | mənbəni redaktə et]
Olimpiada
Bayraqdar
İdman növü
2010 Sinqapur Şaban Şahpələngov Boks
2014 Nancin İqbal Hacızadə Güləş
2018 Buenos-Ayres Nurlan Səfərov Boks
2020 Lozanna Yekaterina Ryabova Fiqurlu konkisürmə
  1. Azerisport.com idman portalı. "Они представят Азербайджан на Олимпиаде (СПИСОК)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Ниджат Рагимов приносит четвертое «золото»". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. 1 2 Azerisport.com idman portalı. "Азербайджан завоевал два серебра Олимпиады (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  4. Azerisport.com idman portalı. "Бывшая российская фигуристка несла флаг Азербайджана на открытии Олимпиады". www.azerisport.com (rus.)). 01.11.2022. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.