Cəsur ürək gəlini alar (film, 1995)

Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux XanKacol yer almışdır. Filmin çəkilişləri Hindistan, Londonİsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb. DDLJ bu günə kimidə Bollivud filmləri sırasında öz baxımlı və uğurlu yerini qorumaqdadır.

Cəsur ürək gəlini aparar
Dilwale Dulhania Le Jayenge
Janr dram filmi[1][2], romantik film, komediya-dram, komediya filmi[3], musiqili film[3]
Rejissor Aditya Çopra
Prodüser Yaş Çopra
Ssenari müəllifləri Aditya Çopra
Cavid Siddiqui
Baş rollarda Şahrux Xan
Kacol
Amriş Puri
Anupam Xer
Fəridə Cəlal
İstehsalçı Yash Raj Films
Distribütor Netflix, iTunes[d]
İlk baxış tarixi 20 oktyabr 1995
Müddət 189 dəq.
Büdcə 798 min $
Gəlir 24.54 milyon $ (dünyada)
Ölkə Hindistan Hindistan
Dil Hind dili
Rəng rəngli
Çəkiliş yeri İsveçrə, London, Hindistan
IMDb ID0112870

Film İngiltərədə yaşayan Rac Malhotra (Şahrux Xan) və Simran Sinq (Kacol) adlı 2 Hindistanlı gəncin hekayəsindən bəhs edir. Rac böyük iş adamı Dxaramvir Malhotranın (Anupam Xer) ərköyün oğlu, Simran isə adi bir dükan sahibi olan Çaudri Baldevin (Amriş Puri) böyük qızıdır.

Simran həmişə ağ atlı şahzadənin xəyallarını qurar və ona şeirlər yazardı. Anası Laco (Fəridə Cəlal) isə qızının xəyallarının sadəcə onunçün arzu olaraq qalacağını və heç bir zaman gerçəkləşməyəcəyini deyirdi. Bir müddət sonra Baldev Puncabda yaşayan dostu Acitdən (Satiş Şah) məktub alar. Məktubda Acit Baldevə onun bundan 20 il əvvəl verdiyi sözü xatırladar və Acitin oğlu Kulcitlə Simranın evlənmə zamanının gəldiyini deyər. Simran isə əvvəllər görmədiyi və tanımadığı birilə evlənmək istəmir. Lakin atasına olan hörmətindən dolayı bu təklifi qəbul edər. Simran atasından dostları ilə birlikdə Avropa səyahətinə getməsi üçün izin istəyir. Bu səyahət Simranın tanımadığı birilə evlənməmişdən qabaq, Avropayı görmək üçün son şansıdır. Nəhayət Simran çox ağır xasiyyətə malik olan atasını razı salır.

Bu arada yüksək qiymətlərlə məzun olmuş Rac da dostları ilə birlikdə Avropa səyahətinə gedər və Simranla qarşılaşar. Başlarına gələn bir çox hadisələrdən sonra Rac Simrana aşiq olur. Ancaq Simran Racı sevdiyini məhz ondan ayrılandan sonra hiss edər. Simran evə qayıtdığında anasına səyahətdə başqa birisi ilə tanış olduğunu və ona aşiq olduğunu və Kulcitlə evlənmək istəmədiyini deyər. Bunları eşidən atası Simrana olan güvəninin boşa çıxdığını görər və qısa bir vaxtda Hindistana qayıdar.

Rac isə tez təslim olmaq istəmir və Simranın arxasınca Hindistana gələr. Rac Simranı tapır və onu bu evlilikdən qurtaracağını, məhz atasının icazəsilə onunla evlənəcəyini deyir. Eyni zamanda Rac onu qaçırmaqdan imtina edir, çünki bu evliliyin hər kəs tərəfindən qəbul edilməsini və bununla xoşbəxt olmağını istəyir. Rac bir plan qurur və Kulcitlə dost olur, eyni zamanda özünü onun ailəsinin dostu kimi göstərir. Digər tərəfdən Rac toy hazırlıqlarında da iştirak edir və beləliklə hər kəsin sevgisini qazanır. Eyni zamanda Kulcitin bacısı Priti Raca aşiq olur. Ancaq Racın atasının anidən Hindistana gəlməsilə işlər qarışır. Rac nəhayət Simranın atasının da güvənin qazanır. Baldevin Simranın Racla Avropa səyahətindəki çəkdirdiyi şəkli görməsi ilə Racın bütün planı alt-üst olur. Buna qəzəblənən Baldev ertəsi gün hər kəsin qarşısında Racı evdən qovur və nə olursa olsun Simranın Kulcitlə evlənəcəyini deyir.

Məyus halda geri qayıdan Rac və atası stansiyada Kulcit və dostları tərəfindən döyülür. Bunu eşidən Baldev stansiyaya gəlir, onları ayırır və Racla atasının burdan getməsini tələb edir. Bu arada Simran və digərləri stansiyaya gəlir. Qatar gəlir və Rac atası ilə qatara minir. Qatar hərəkətə düşəndə Simran da qatara tərəf qaçır, ancaq inadkar atası onu tutur. Simran atasına yalvarır, Racsız yaşaya bilməyəcəyini deyir, ancaq Baldev inadından dönmür. Nəhayət Baldev Simranın yalvarışlarını və Racın həsrət dolu baxışını görərək Simranı buraxır. Və Simrana səni ondan çox heç kim sevə bilməz deyərək getməsinə icazə verir. Simran Raca tərəf qaçır və nəhayət Rac onu tutur və Simran qatara minə bilir.

Aktyor / Aktrisa Rolu
Şahrux Xan Rac Malhotra
Kacol Simran Sinq
Amriş Puri Çaudri Baldev Sinq — Simranın atası
Fərida Cəlal Lacvanti Sinq — Simranın anası
Anupam Kher Dxaramvir Malhotra — Racın atası
Satiş Şah Acit Sinq — Baldevin dostu
Açala Saçdev Simranın nənəsi
Himani Şivpuri Kammo Sinq — Simranın bibisi
Puca Ruparel Raceşvari Sinq / Cutki — Simranın bacısı
Anayta Şrof Şina — Simranın dostu
Karan Cohar Robbi — Racın dostu
Arcun Sablok Rokki — Racın dostu
Parmit Seti Kulcit Sinq — Acitin oğlu
Mandira Bedi Priti Sinq — Acitin qızı

Musiqilərin müəllifi Çətin-Lalit, sözləri isə Anand Baxşiyə məxsusdur. Musiqilər Lata Manqeşkar, Aşa Bosli, Kumar Sanu, Abhicit və Udit Narayan tərəfindən ifa olunmuşdur. Anand Baxşi bu filmlə 14 ildən sonra ən yaxşı musiqi sözlərinə görə 3-cü dəfə Filmfare Mükafatına layiq görülür.

# Musiqi Müğənni Uzunluq
1 "Ghar Aaja Pardesi" Manprit Kaur, Pamela Çopra 7:29
2 "Mere Khwabon Mein" Lata Manqeşkar 4:17
3 "Ruk Ja O Dil Deewane" Udit Narayan 5:14
4 "Zara Sa Jhoom Loon Main" Aşa Bosli, Abhicit Battaçarya 5:51
5 "Na Jaane Mere Dil Ko Kya (Ho Gaya Hai Tujhko)" Lata Manqeşkar, Udit Narayan 5:49
6 "Mehndi Laga Ke Rakhna" Lata Manqeşkar, Udit Narayan 4:50
7 "Tujhe Dekha To" Lata Manqeşkar, Kumar Sanu 5:02

Filmfare mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Ən Yaxşı Film — Yaş Çopra
  • Ən Yaxşı Rejissor — Aditya Çopra
  • Ən Yaxşı Aktyor — Şahrux Xan
  • Ən Yaxşı Aktrisa — Kacol
  • Ən Yaxşı İkinci Dərəcəli Aktrisa — Fəridə Cəlal
  • Ən Yaxşı Komediya Aktyoru — Anupam Xer
  • Ən Yaxşı Musiqi Sözləri — Anand Baxşi — "Tujhe Dekha To" musiqisinə görə
  • Ən Yaxşı Ssenari Müəllifi — Aditya Çopra
  • Ən Yaxşı Dialoq Müəlifi — Aditya Çopra, Cavid Siddiqui
  • Ən Yaxşı Musiqi Ifaçısı — Udit Narayan — "Mehndi Laga Ke Rakhna" musiqisinə görə
  • Ən Yaxşı İkinci Dərəcəli Aktyor — Anupam Xer
  • Ən Yaxşı Musiqi Rejissoru — Çətin-Lalit
  • Ən Yaxşı Musiqi Ifaçısı — Kunar Sanu — "Tujhe Dekha To" musiqisinə görə
  • Ən Yaxşı Musiqi Sözləri — Anand Baxşi — "Ho Gaya Hai Tujhko To Pyar Sajna" musiqisinə görə

National mükafatı

[redaktə | mənbəni redaktə et]
  • İlin Ən Yaxşı Filmi

Star Screen mükafatları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]