Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir. Dünyanın hər yerindən gələn insanlar Cənubi Afrikaya köçmək qərarına gəlməyəcəklər. Burada ən müxtəlif mədəniyyətlər bir yerdə yaşayır — Cənubi Afrika bu səbəbdən də "göy qurşağı xalqı" kimi tanınır. Cənubi Afrikaya daxil olan çox sayda turist 5 nəhəng ölkədən ABŞ, Böyük Britaniya, Almaniya,Niderland və Fransadandır. Cənubi Afrikaya gələn tursitlərin böyük əksəriyyəti SADC ölkələri təşkil etməkdədir, Zimbabve bu siyahıya 31%- lə başçılıq edir daha sonra Lesoto, Mozambik, Esvatini və Botsvana. Bundan əlavə, Nigeriya Cənubi Afrikaya gələn turistlərin təxminən 30% -i üçün mənşə ölkəsidir. 2010-cu ildə Cənubi Afrikada futbol dünyası kuboku keçirilib, bu da ölkədə turizmi artırdı.
Cənubi Afrika 17 bioloji müxtəlifliklə zəngin ölkədən 6-cı yeri tutur və geniş çeşiddə faunaya malikdir. Şimalda Buşveld kompleksi ərazisində tapılan böyük məməlilərə şir, bəbir, çita, ağ kərgədan, mavi qnu, impalalar, kudus, kaftar, begemot və zürafə daxildir. Buşveldin əhəmiyyətli ərazisi şimal-şərqdədir ki bura Kruger National Parkı və Afrikanın ən böyük təbiət qoruğu olan Sand Game Reserve aiddir. 1926-cı ildə qurulan Kruger Milli Parkı, 2014–2015-ci illərdə cəmi 1 659 793 ziyarətçi ilə ən çox ziyarət edilən parklardan biri olmuşdur.
Cənubi Afrikada turizm sənayesində mümkün olan ən yüksək standartları təmin etmək və saxlamaq üçün SATSA (Cənubi Afrika Turizm Xidmətləri Assosiasiyası qeyri komersiya birliyi) fəaliyyət göstərir. Birlik əsasən ölkədə turizm sənayesinə nəzarət etməklə yanaşı həm də əlaqəli şirkətlərlə və birliklərlə əlaqədədir.
Cənubi Afrika həmçinin tarixi-mədəni turistik məkanlara da malikdir. Qautenq vilayətində Cradle of Humankind ərazisini təşkil edən mağaralar, Şimali Limpopo vilayətində Mapungubve krallığının [1] xarabalıqları, Qərbi Burun vilayətində şərab sahələri (marşrutları), müxtəlif tarixi məkanlarla zəngin Keyptaun və Yohannesburq şəhərləri ( Robben Island, the Castle of Good Hope, Soweto).
Səkkiz Cənubi Afrika ərazisi UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır. Bura iSimangaliso Wetland Park , uKhahlamba Drakensberg Park , Cradle of Humankind, The Richtersveld, The Kingdom of Mapungubwe, The Cape Floristic Region, Robben Island daxildir.
Ölkədə 3000 km uzanan dağlıq zona ovçuluq üçün şərait yaradır. Həmçinin turistlərə dünya səviyyəli dırmanma, sörf, dalğıc, safaridə at sürmək, dağ velosiped, çay raftinqi təklif edir.
Hər il Cənubi Afrikada, Cape Argus Cycle Race və 89 km Comrades marathonu kimi dünya səviyyəli çoxsaylı idman tədbirləri keçirilir. Ölkədə 1995-ci ildə Reqbi Dünya Kuboku, 2003 Kriket Dünya Kuboku və 2010 FİFA Dünya Kuboku yarışları uğurla həyata keçirilmişdir. Cənubi Afrika turistlərinin 10%-ni idman yarışlarını seyr etmək və ya iştirak üçün gələnlər təşkil edir.