CAR mətbəxi

Biltong
Braaivleis
Boerewors
Milk tart
Dumplings

Cənubi Afrika çox müxtəlif mədəniyyətlərə sahib və geniş bir əraziyə yayılmış ölkə olduğundan yemək və mətbəx mədəniyyəti regiondan regiona dəyişir. Dünyanın dörd bir yanından gələn immiqrant kütlələri: ingilislər, yunanlar, almanlar, ispanlar, macarlar, hindlilər, çinlilər, ərəblər, ruslar və digər bir çox etnik qrup buraya mətbəx ənənələrini gətirdi. Dünyadakı ət ixracında önəmli yer alan ölkədə, ət tükətimi son dərəcə yayılmışdır. Ət yeməklərinin hər çeşidini Cənubi Afrika mətbəxində dadmaq mümkündür. Ölkəyə aid ət yeməklərinin bir neçəsi: biltong, bredies, potjekos, braaivleis, boereworsdur. Bunların yanında bəzi yerli restoranlarda dəvəquşu və timsah ətindən yeməklər də servis edilir. Dəvəquşu ilə hazırlanan yeməklər ancaq xüsusi günlərdə yeyilir. Yohannesburqda ən çox yeyilən ətlər isə toyuq və donuz ətləridir. Atlantik okeanı Qərb sahilləri boyunca dünyanın ən zəngin və ən məhsuldar sularından biridir. Ölkənin uzun bir okean sahili olduğundan, Cənubi Afrika mətbəxi dəniz məhsulları ilə zəngindir. Dəniz məhsulları və balıq növləri daha çox hind üsulu ilə ədviyyatlı olaraq manqalda, qazanda və ya sobada hazırlanır. Ölkədə ən çox istifadə edilən ədviyyatlar arasında kişniş, acı bibər, qara bibər və sarımsaq vardır. Çörəyin çox tükətildiyi bu ölkədə çörəklərin əksəriyyəti qara çörəydir. Bütün Cənubi Afrika yumuşaq şirniyyatlara üstünlük verirlər. Ölkə mətbəxinin ən məşhur şirniyyatları "milk tart" və "dumpling"dir.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]