CD-R (ing. Compact Disc-Recordable) — yazıla bilən kompakt-disk. İnformasiyanın birdəfəlik yazılması üçün nəzərdə tutulur. Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə diskin həcmindən asılı olaraq bir neçə dəfə yazıla bilər. CD-R CD-ROM və CD-RW qurğusu ilə oxunur.
CD-RW qurğusu ilə həm də CD-R-ə informasiya yazmaq mümkündür. Yazılmış faylın üzərində dəyişiklik etmək mümkün deyil. Belə kompakt-disklərdəki informasiyanı oxumaq və yazılış nizamlamasından asılı olaraq ləğv etmək də mümkündür.
Standart CD-R-in tutumu 74 dəqiqə audio və ya 650 MB yaddaşdır. Hazırda isə bu standart 702 MB (daha dəqiq 736 966 656 Bayt) və ya 79 dəqiqə 59,74 saniyədir. Daha az yayılmış 90 dəqiqəlik (790 MB) və 99 dəqiqəlik (870 MB) disklər də mövcuddur.