Caesalpinia gilliesii

Erythrostemon gilliesii (lat. Erythrostemon gilliesii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin erythrostemon cinsinə aid bitki növü.

Erythrostemon gilliesii
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m yüksəklikdə, daşlı-qayalı, kirəcli yamaclarda, çılpaq qumluqlarda, çox zaman həmişəyaşıl ağaclardan ibarət meşələrində bitən ağac və ya kol bitkisidir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və ya həmişəyaşıl koldur, qabığı açıq boz, tikansızdır. Yarpaqları qalın, üstdən tünd yaşıl, mürəkkəb, tək və ya cütlələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarət, uzunluğu 6-8 sm, eni 3-4 sm-dir. Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır.

Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, dişiciyi oturan, 10-12 sm uzunluğunda qırmızı, aşağıdan enlənmiş, açıq qırmızı, ikiyuvalı tozluqlara malikdir. Kasacığı 1,5-2,5 sm uzunluqda neştərvaridir. Ləçəkləri 2-4 sm uzunluqda, açıq sarı, tərs-yumurtavaridir. May ayından sentyabr ayına qədər çiçəkləyir.

Paxlası uzunsov, yastı yumurtavari, neştərşəkilli və ya dərivari, tutqun və ya parlaq qəhvəyi rənglidir. Uzunluğu 5-20 sm, eni 2-2,5 sm-ə çatır. Paxlalar açılmır. Bir salxımda 6-10 ədəd boz və ya qəhvəyi rəngli toxumlar olur. Toxumlar tərs-yumurtaşəkilli, bir qədər basıq, 7-8 mm uzunluqda, 6-7 mm enində, 4-5 mm qalınlıqda, çox bərk, parlaqdır. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.

Uzunömürlü, quraqlığadavamlı, isti və işıqsevən bitkidir

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda yabanı halda rast gəlinir. Hər il çiçəkləyir və meyvə verir.

Yaşıllıqlarda dekorativ bitki kimi istifadə olunur. Yarpaqlarında və gövdəsinin qabığında aşı maddəsi vardır.