Cahan Holding

Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.

Cahan Holdinq
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı[1]
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi MMC
Təsis tarixi 1995
Baş qərargahın yeri Bakı, Azərbaycan
Struktur
Bölmələr Tikinti, turizm, sənaye, ticarət, idman, avtomobil, xidmət
Rəhbərlik
Prezident Vüqar Abbasov
cahan.com

Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.

  1. ""Cahan Holdinq" KŞİ Londonda keçirilən "Azərbaycanda biznes mühiti" iclasında təmsil olunub - FOTOLAR". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]