Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Araz-Naxçıvan PFK — Naxçıvan şəhərini təmsil edən Azərbaycan futbol klubu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edir. 1967-ci ildə təsis edilib, 2013-cü ildə bərpa olunub. 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb. Həmin il 11 oyunun 9-da məğlub olduğu üçün, hakimlərin ədalətsiz qərarlarını əsas gətirərək[2] çempionatda iştirakını dayandırmışdır. 2019-cu ildə başa çatmış sonuncu — Naxçıvan Muxtar Respublikasının XVII futbol çempionatında birinci yeri tutmuşdur. 2022-ci ildən yenidən I Diviziona vəsiqə qazanmışdır. 2021–2022 mövsümündə Region Liqasında çıxış edərək çempionatı 3-cü yerdə başa vurmuşdur.
Araz-Naxçıvan PFK | |||
---|---|---|---|
Klubun tam adı | Araz Naxçıvan Peşəkar Futbol Klubu | ||
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | Boz qurdlar | ||
Rəng(lər) | qırmızı-ağ | ||
Yaranma tarixi | 1967 | ||
Bağlama tarixi | 2014 | ||
Stadionu | Naxçıvan şəhər stadionu | ||
Tutumu | 12,800 | ||
Prezidenti | Ramin Axundov[1] | ||
Baş məşqçisi | Elmar Baxşiyev | ||
Liqa | Azərbaycan Premyer Liqası | ||
2023/2024 | 8 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Klub 1967-ci ildə "Araz" adı ilə təsis edilib. Belə ki, 1967-ci ilin mart-aprel aylarında bir vaxtlar "Neftçi"nin heyətində mükəmməl oyunu ilə seçilən Tofiq Axundov Naxçıvana göndərildikdən sonra bir qrup naxçıvanlı fəalın da iştirakı ilə "Araz" futbol komandası yaradılır və seleksiya xarakterli məşqlərə start verilir. Bu zaman artıq SSRİ çempionatında futbol mövsümü başladığından komandanın çıxışı növbəti mövsümə – 1968-ci ilə saxlanılır. 1968-ci ilin əvvəllərində SSRİ Futbol Federasiyası müəyyən etdiyi zona birinciliklərini açıqlayır və "Araz" 3-cü zonanın "B" qrupunda mübarizə aparmağa başlayır. Bu zonada (qrupda) keçmiş Sovetlər İttifaqının tərkibində olan ölkələrin 21 komandası yarışırdı ki, bunların da üçü – "Toxucu" (Mingəçevir), "Daşqın" (Zaqatala) və "Araz" (Naxçıvan) Azərbaycanı təmsil edirdilər.
İlk oyun günü: həmin vaxt "Naxçıvan stadionu" adlandırılan (indiki Naxçıvan Muxtar Respublika Stadionu) keçirildi. Rəqib "Daşqın" klubu idi. 1. Ramiz Məmmədov, 2. Vladimir Fyodorov, 3. Gülağa Quliyev, 4. Mirzəağa Əliyev, 5. Hafiz Əliyev, 6. Nəriman Əliyev. 7 Tahir Əliyev, 8. Vitali Xluçin, 9. Şəmsəddin Zeynalov, 10. Vitali Andreyko, 11. Novruz Əliyev.
Meydana çıxan ilk heyətin tərkibində 4 naxçıvanlı futbolçu var idi. Ehtiyat oyunçular skamyasında isə Feruz Məmmədov (Lənkəran), Cəlil Fətullayev (Naxçıvan), İbrahim Qədimov (Naxçıvan), Aslan Abbasov (Naxçıvan), Yusif Əliyev (Bərdə) və Şamo Eynullayev (Bakı) əyləşmişdi. 1968-ci il mövsümündə 40 oyunda iştirak edən "Araz" 5 qələbə və 11 heç-heçə ilə 21 xal toplayır. "B" qrupunda ardıcıl olaraq 3 mövsüm keçirən komandamızın nəticələri ürəkaçan olmur. Ötən əsrin 70-ci illərində "Araz" komandası böyük uğurlara imza atmağa başlayır. 1979-cu ildə komandanın "sükanı arxası"na Əhməd Ələsgərov gətirilir. Köməkçi-məşqçi funksiyası isə Hafiz Əliyevə həvalə edilir. Turnir cədvəlindəki mövqeyini itirməsinə baxmayaraq, komandamız həmin il çempionatı 6-cı pillədə başa vurur. Baş məşqçi Əhməd Ələsgərov isə "Neftçi" komandasına aparılır. Onunla birgə Naxçıvan təmsilçisinin heyətində uğura imza atan 8 futbolçu Bakı klubuna yollanır.
Ötən əsrin 80-ci illərinin əvvəllərində elə də böyük nəticələr qazana bilməyən "Araz", 1987-ci il istisna olmaqla, SSRİ dağılana qədər müntəzəm olaraq II dəstədə çıxışını davam etdirir. "Araz" 1987-ci ildə Azərbaycan SSR-in daxili birinciliyində mübarizə aparır və klub tarixinin ilk titulunu – çempionluğu qazanır. Bu çempionluq komandaya yenidən SSRİ çempionatına qayıtmağa imkan yaradır. Məhz 1988-ci ildən etibarən komanda nailiyyətlər əldə etməyə başlayır. İki il ardıcıl olaraq turnir cədvəlini 7-ci və 9-cu pillələrdə başa vuran komandamız 1990-cı ildə ikinci aşağı liqada böyük nəticə göstərir. Belə ki, Azərbaycan komandalarının qərarlaşdığı 3-cü zonanın "A" yarımqrupunda 2-ci olan "Araz" 1–12-ci yerlər uğrunda mübarizədə üçüncü olur. Komanda bu mərhələdə yalnız "Qarabağ" və "Xəzər" (Sumqayıt) komandalarından geri qalırdı. Yarandığı gündən etibarən Azərbaycan futboluna yeni nəfəs gətirən "Araz"ın formasını SSRİ dönəmində Vaqif Sadıqov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşalla Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov, Böyükağa Hacıyev, Allahverdi Səfərov, İbrahim Rzayev və digər tanınmış futbolçular geyiniblər.
"Araz" SSRİ çempionatlarında 676 görüş keçirib ki, bu görüşlərin də 277-si Naxçıvan stadionunda oynanılıb. Doğma arenada 146 qələbə qazanan "Araz" 68 görüşdə meydanı "sülh"lə tərk edib. 63 görüş isə rəqiblərin qələbəsi ilə yekunlaşıb. SSRİ kuboku uğrunda isə komanda yalnız bir görüş ("Rustavi" komandası ilə) keçirib.
2 noyabr 2014-cü il tarixində Araz-Naxçıvan FK Azərbaycan Milli Futbol Çempionatının yüksək liqası olan Topaz Premyer Liqasının 11-ci turunda "Qarabağ"a səfərdə 4–0 hesabı ilə məğlub olmuşdur. Bundan sonra klub 3 noyabr 2014-cü il tarixində rəsmi saytı vasitəsilə fəaliyyətini dayandırdığı haqqında açıqlama vermişdir.[3] 4 noyabr 2014-cü il tarixində isə rəsmi saytı vasitəsilə 1 açıqlama da verən klub fəaliyyətini dayandırmasının səbəbləri ilə bağlı KİV-də yer alan xəbərlərə münasibət bildirmiş və səbəblər açıqlamışdır.[4] Klub 11 noyabr 2014-cü il tarixində 1/40 saylı məktubla Peşəkar Futbol Liqasına müraciət edərək fəaliyyətini dayandırması və 12-ci turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyini bildirmişdir.[5] Bundan sonra PFL bu məsələ ilə bağlı qərar qəbul etməsi üçün AFFA İntizam Komitəsinə müraciət etmişdir.[5] 17 noyabr 2014-cü ildə AFFA İntizam Komitəsi iclas keçirmiş və PFL-nin müraciətini müzakirə etmiş, klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric etmək və oyunların 50 %-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələrinin də ləğv edilməsi qərarını vermişdir.[6][7] Bu hadisədən sonra 17 noyabr 2014-cü ildə PFL prezidenti Ramin Musayev klubun 2014/2015 mövsümündə Topaz Premyer Liqası və ölkə kubokundan kənarlaşdırılması və futbolçularına azad agent statusu verilməsi haqqında əmr vermişdir.[5]
Bundan sonra komənda futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında çıxış edir. Fəaliyyətini dayandırmayan komanda 2014/15-ci il mövsümündən bəri bütün çempionatların, muxtar respublika kubokunun və "Heydər Əliyev kuboku"nun qalibi olub.
2023-cü ilin may ayında artıq Azərbaycan çempionatının 1-ci Liqasının başa çatmasının az qalarkən klub liqada əsas rəqibi Neftçi-2 klubu ilə başa-baş rəqabətini qələbə ilə bitirir və 1-ci liqanın qalibi olur. AFFA nizam-intizam komitəsi klubun Azərbaycan Premyer liqasının 2023–2024 mövsümündə iştirak edə biləcəyinə qərar verir. Beləliklə də klub 2023–2024 mövsümündən etibarən Premyer liqada iştirak edir.
İyun ayında "Araz-Naxçıvan Peşəkar Futbol Klubu"nun ümumi yığıncağı keçirilib. Yığıncaqda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib. Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov "Araz-Naxçıvan Peşəkar Futbol Klubu" İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər".
Araz-Naxçıvan FK iki fanat dəstəsi var: ev oyunlarında onu dəstəkləyən "Ultra Araz" və Naxçıvandan kənarda "Nəxşicahan" fanklubları[8].
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VT | BT | X | Ölkə kuboku |
---|---|---|---|---|---|---|---|---|---|---|
2000/2001 | 1st | 10 | 20 | 3 | 3 | 14 | 14 | 55 | 12 | 1\8 final |
2013/2014 | 2nd | 1 | 30 | 25 | 4 | 1 | 66 | 11 | 79 | 1\4 final |
2014/2015 | 1st |