Cahangir Rüstəmov (rəssam)

Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Cahangir Rüstəmov
Doğum tarixi 5 mart 1926(1926-03-05)
Doğum yeri
Vəfat tarixi 13 fevral 2007(2007-02-13) (80 yaşında)
Fəaliyyəti Rəssamlıq
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1982

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.[1]

Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı. Cahangir Rüstəmov 1955-ci ildə "Ən yaxşı uşaq mövzusuna görə" ÜİLKGİ-nin diplom və xüsusi nişanına layiq görülmüşdür. Rəssamın 1962-ci ildə Bakıda "Paris-Tunis", 1973-cü ildə isə Astara rayonundakı Nizami kolxozunda hesabat sərgisi açılmışdır. Onun əsərləri, 1979-cu ildə Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak etmişdir.[2][3]

Azərbaycanın təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Azərbaycan SSR əməkdar rəssamı, 2002-ci ildə[4] isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Rəssamın 2002-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılmışdır. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[5]

Cahangir Rüstəmov 2007-ci ildə vəfat etmişdir.

  1. "Cahangir Mahmud oğlu Rüstəmov". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  2. "Cahangir Rüstəmov". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  3. "Azərbaycanın Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək". 2021-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.
  4. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.