Azərbaycan SSR əməkdar rəssamı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар рәссамы) — Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Azərbaycan SSR əməkdar rəssamı | |
---|---|
Азәрбајҹан ССР әмәкдар рәссамы | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə |
Təltif edir |
|
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 15 aprel 1964 |
Ləğv tarixi | 5 fevral 1991 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | təq. 55 |
Ardıcıllıq | |
Yüksək mükafat | Azərbaycan SSR xalq rəssamı |
Müvafiqdir | Azərbaycan Respublikasının əməkdar rəssamı |
"Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 aprel 1964-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur.[1][2]
Fəxri adla görkəmli rəsm, qrafika, dekorativ və tətbiqi incəsənət əsərləri yaratmış rəssamlar təltif olunurdu.[3]
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunurdu.[3]