Xoyski Cahangir xan İskəndər xan oğlu (1849, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — çar ordusunun general-mayoru.
Cahangir xan Xoyski | |
---|---|
Doğum tarixi | 1849 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Uşağı | |
Atası | İskəndər xan Xoyski |
Fəaliyyəti | hərbi qulluqçu |
Cahangir xan İskəndər xan oğlu Xoyski, Sankt-Peterburq Universitetinin hüquq fakültəsini qurtarıb. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907–1909-cu illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir.
Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd övladı vardı: Əmiraslan xan (1885–1952), Sarabəyim xanım (1888–1942), Sehranbəyim xanım (1892–1964), Teymur xan (1895-?). Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |