Cahangirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Cahangirovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Aydın bəy |
Qohum soylar | İskəndərbəyovlar |
Mənşəyi | Gümrü |
Təbəəliyi | İrəvan xanlığı, Rusiya imperiyası |
1746-cı ildə Türkiyə-İran sərhəd kəsişməsindən sonra Nadir şah İzmir ətrafından gəlib Çuxur Səddə (İrəvan çuxurunda) yerləşən Aydınoğulları sülaləsinin başçısı Məhəmməd oğlu Aydın bəyi Gümrüyə yerləşdirib sərhəddi qorumaq vəzifəsini ona həvalə edir. Aydın bəyin oğlu Cahangirin övladı Əziz bəyin zamanında – yəni 1804-cü ildə Ruslar Gümrüyü işğal edirlər. Sonralar ailə kötüyündə Əziz bəyin ailəsinin soyadını Cahangirov kimi qeydə almışlar. Əziz bəyin oğlu Məhəmməd bəy Şörəyel nahiyəsinin Qarakilsə kəndindəki Muğan bəyləri tayfasından Şarabanı xanımla evlənir. Onların Əziz, İbrahim, Həsənxan, Tükənbaz və Aydın adına övladları olur. İbrahim bəyin atası Qarsa köçdükdən sonra əmizadələri Gümrüdə qalmışdılar. Həmin nəslin bir qolunu 1918-ci ildə Bakıya köçdüyü məlumdur. Cahangirov soyadını daşıyan digər bir kişinin oğlu Elman Cahangirov ali təhsilli Amasiya rayonundakı süd sanayesi mütəxəssisi idi və Amsiya rayonundakı süd zavodunda baş texnoloq işləyirdi. Deyilənə görə, 1918-ci il hadisələrindən sonra Elman Cahangirov Gümrüdən Rusiyanın Krasnodar vilayətinə köçmüşdür. Cahangirovların hazırda Bakıda yaşayan qolu Tarverdiyev soyadını daşıyır. İbrahim bəyin oğlu Aydın bəy İstanbulda, qızları Aytən və Ruhiyyə xanımın isə Ankarada yaşadıqları məlumdur. Onun birinci arvaddan olan oğlu Qarsda vəfat etmişdir. İbrahim bəy Türkiyədə yaşayan azərbaycanlı mühacirlərlə, o cümlədən Əhməd bəy Ağaoğlu ilə dostluq etmişdir. Əhməd bəyin oğlu Səməd Ağaoğlu “Babamın Arkadaşları” kitabında İbrahim bəyin həyatının son məqamları təsvir edilmişdir. İbrahim bəyin Malta adasına sürgün olduğu zaman yazdığı və sonralar əlavələr etdiyi “Xatirələr”i əlyazma şəklində Türkiyədə arxivdə saxlanılır.[1][2]