İbrahim bəy Cahangirzadə

İbrahim bəy Cahangirzadə, İbrahim bəy Cahangiroğlu və ya İbrahim Aydın (1874, Gümrü19 may 1948, Qars, Qars ili) — dövlət xadimi, hərbçi, Qars Bələdiyyə başqanı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Nazirlər Şurasının sədri, Qars valisi, Qars Milli İslam Şurası Hökuməti başçısı, Araz Türk Cümhuriyyəti hərbi naziri.

İbrahim bəy Cahangirzadə
bayraq
Türkiyə Cümhuriyyəti Qars bələdiyyə başçısı
bayraq2
1921 – 1926
ƏvvəlkiAkif Çiçək
SonrakıH. Qurban Yurdsevər
bayraq
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Nazirlər Şurasının sədri
bayraq2
27 mart 1919 – 13 aprel 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Qars valisi
9 yanvar 1919 – 11 yanvar 1919
ƏvvəlkiMütəsərrif Hilmi Uran bəy
SonrakıFəxrəddin bəy Piroğlu
Qars Milli İslam Şurası Hökuməti başçısı
30 noyabr 1918 – 17 yanvar 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
3 noyabr 1918 – ?
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1874
Doğum yeri
Vəfat tarixi 19 may 1948(1948-05-19)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Atası Məhəmməd bəy Cahangirzadə
Anası Şarabanı xanım
Həyat yoldaşı Ziynət xanım (1867-1927)
Mələk Aydın (1898-1975)
Uşaqları Müzəffər, Fatma və Ayişən İkinci arvaddan: Aydın bəy, qızları Aytən Ruhiyyə
Hərbi xidmət
Döyüşlər

İbrahim bəy Cahangirzadə 1874-cü ildə Aleksandropolda anadan olmuşdur. İbrahim bəy öncə mollaxana adlandırılan məhəllə məktəbinə gedərək burada Quran oxumağı, şəriəti, fars və ərəb dillərini öyrənmişdir. Daha sonra doğulduğu şəhərdə və Qarsda mədrəsə təhsili almış, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. 1903-cü ildə Aleksandropol kazak alayına qəbul edilmiş, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur. Əfv fərmanına əsasən 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və maliyyə məmuru işləmişdir.[1]

1919-cu ilin aprel ayının 12 və 13-də ingilis ordusu tərəfındən Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yıxıldı, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə, Malta adasına sürgün olundular. 1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar əski rus təbəəsi bəhanəsiylə Tiflis həbsxanasına göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy həyat yoldaşı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfibəylinin himayəsində tapmış və onun köməyi ilə Qarsa qayıtmışdır.[1]

1934-cü il soyadı qanununun qəbuli ilə "Aydın" soyadını qəbul etmişdir.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Erməni-azərbaycanlı qırğınları dövründə könüllü dəstə toplayaraq, qardaşı Həsənxanla birlikdə Qarabağa köməyə gəlmişdir. İbrahim bəy Qarabağda könüllü dəstələrinə rəhbərlik etmiş və Difai Partiyası sıralarına qoşulmuşdur.[1] 1906-cı ildə oradan öz dəstəsi ilə Təbriz vilayətinə keçən İbrahim bəy orada məşrutə inqilabına qoşulmuş və üsyançılar tərəfdə vuruşmuşdur. Daha sonra Qarsa qayıtmışdır.

1907-ci ildə Xoy şəhərinə köçən İbrahim bəy Təbrizdə məşrutə inqilabına qoşularaq, şah rejiminə qarşı mübarizə aparan bir dəstəyə başçılıq etmişdir.

1912-ci ilin oktyabrında 700 mücahidlə Van vilayətinə qayıtmışdır. 1913-cü ilin martında İttihadçıların dəvətilə öz könüllüləri ilə birlikdə İstanbula getmişdir. Orada üç ay yarım təlim keçən "Qafqaz könüllü taburu" onun komandanlığı altında Ədirnəni bolqarlardan azad etmişdir.[1]

1914-cü ilin noyabrında Osmanlı hərbi naziri Ənvər paşa İbrahim bəyi könüllüləri ilə birlikdə İranİraq cəbhələrinə göndərmişdir. Burada o, rus ordusuna qarşı vuruşmuşdur. 1918-ci ilin mayında Ənvər paşa onu İstanbula çağıraraq, "Fəxri alay komandanı" rütbəsilə 9-cu Ordu komandanı Yaqub Şevqi paşanın sərəncamına göndərmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1906-cı ildən sonra, İbrahim bəy Qarsa qayıtdıqdan sonra vilayət qubernatorunun icazəsi ilə erməni komitəçilərinə qarşı "Nəşri-maarif" Cəmiyyətini qurmuş, eyni zamanda, İttihad və Tərəqqi Partiyası Ərzurum şöbəsinin üzvü olmuşdur.

1914-cü ilin iyun ayının ortalarında Şöroyel qaymakamı təyin edilən İbrahim bəy, İrəvan və digər bölgələrdən olan qaçqınları ətraf kəndlərə yerləşdirmiş, onlara hər cür qayğı göstərmişdi.

Araz Türk Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

3 noyabr 1918-ci ildə Araz-Türk Respublikası hökumətinin hərbi naziri təyin olunan İbrahim bəy 20 tabor (batalyon) təşkil etmişdir. Bu taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, QəmərliZəngibasarda yerləşdirilərək, həmin bölgələrin əhalisini ermənilərin törətdikləri qırğından müdafiə etmişdir.[2]

Cənub-Qərbi Qafqaz Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu.[3] Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.[3]

30 noyabr — 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi.[4] Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi.[4] Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur.[4] Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.[4]

İkinci Qars Konqresinin ardınca, 3 yanvar 1919-cu ildə Ənvər paşanın dayısı Xəlil (Qut) Paşa, Kaymakam Xalid bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardahana geri çəkilən Xalid bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Kaymakam Arif və Ardahan əşrafından Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. Xəlid bəyin açılış çıxışını etdiyi konqresdə Mondros mütarəkəsinin tanınmadığı, əldəki silahların təslim olunmayacağı, Üç Sancaq və qonşu şuralarla birgə vətənin qurtuluşu üçün mübarizə aparacağı qərara alınmışdır. Həmçinin, komqresdə Milli Şura Hökumətinə daxil bölgələrdən gələcək nümayəndələrlə ikinci konqresin təşkili qəratlaşdırılmışdır. 5 yanvar tarixində konqres sona çatmışdır.[5]

7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır.[6] Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir.[6] Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.[7]

Mütasarrıf Hilmi (Uran) bəy 9 yanvar 1918-ci ildə Qarsı məcburi şəkildə tərk etmiş, Milli Şura tərəfindən Şura rəisi İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur.[8] 11 yanvar tarixindən İbrahim bəy xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.[8]

17 yanvar 1919-cu ildə 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır.[9] Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir.[9] Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir.[10] 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir.[11] 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır[12] Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.[13]

İbrahim bəy Cahangirzadə (sağdan 1-ci) Malta sürgünündə

1919-cu ilin aprel ayının 12 və 13-də ingilis ordusu tərəfındən Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yıxıldı, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə, Malta adasına sürgün olundular.[14]

Türkiyə Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

İbrahim bəy Kazım Qarabəkir paşanın tövsiyəsi ilə 1921-ci ilin avqustunda Qarsda keçirilən seçkilərdə iştirak edərək şəhər bələdiyyəsinin sədri seçilmiş, 1922–1927-ci illərdə Qars bələdiyyə rəisi işləmiş, sonralar ticarət məmuru olmuşdur.[14]

Sərbəst Cümhuriyyət Firqəsinin şərq bölgəsindəki qurucularından olmuşdur.[15]

  • Xanımı Ziynət Ağüzüm
    • Qayınatası Əsədulla bəy İskəndərbəyovŞörəyel Milli Şurasının sədri. Lətif, İsgəndər və Feyzi Ağüzümün atası. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü. Tükəzban xanımla evlənmişdir. Cümhuriyyət qurulanda Əsədulla Ağüzüm Gəncəyə gəlmiş, 2 il orada çalışmışdı. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Əsədulla Ağüzüm yenidən Qarsa qayıdır[16] Şörəyel Milli Şurasının sədri Əsədulla Ağüzüm 1945-ci ildə vəfat etmiş, Qarsdakı Ortaqapı məhəlləsi qəbiristanlığında dəfn edilmişdir.[17]
  • Yeznəsi[15] İsmayıl Haqqı Alaca - XIII və XIV çağırış TBMM millət vəkili, Qars bələdiyyə başqanı.[18]

2003-cü ildə Qarsda Qars bələdiyyəsi tərəfində İbrahim bəyin xatirəsinə kenotaf qoyulmuşdur. Həmçinin Qarsda xatirəsinə park da adlandırılmışdır.[14]

  • Fəxrəddin Ərdoğan. Türk ellərində xatiratlarım. Ankara. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi. 1998. ISBN 975-17-2029-X.
  • Fəxrəddin Ərdoğan. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise. Ankara. Anadolu Kültürünü Koruma ve Araştırma Vakfı (AKKAV). 2017.
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: "Lider".
  • İsmayıl Hacıyev. . Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi. 2010. 384.
  • Jonathan D. Smele. . Lanham, Maryland: Rowman & Littlefield. 2015. 1470.
  1. 1 2 3 4 AXCE, II cild,, 2005. səh. 34
  2. Hacıyev, 2010. səh. 308
  3. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 56
  4. 1 2 3 4 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 57
  5. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 58
  6. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59
  7. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59-60
  8. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63
  9. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64
  10. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64-65
  11. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 65
  12. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  13. Hacıyev, 2010. səh. 336-341
  14. 1 2 3 Smele, 2015. səh. 284
  15. 1 2 "Arxivlənmiş surət" (PDF). 2013-10-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-25.
  16. "Arxivlənmiş surət". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  17. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  18. "Arxivlənmiş surət". 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-25.