Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir.
Cahid Camal | |
---|---|
Cahid Camal Şamil oğlu | |
Doğum tarixi | 15 noyabr 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyun 2011 (82 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | |
Mükafatları |
|
Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib. Moskvadakı gənclər, ümumrusiya və ümumittifaq sərgilərində, həmçinin, xarici arenalarda iştirak edib. Ailəsi: həyat yoldaşı İrina Leonidovna Şapovalova, heyvan məşqçisi, Malıy teatrın direktorunun qızı, oğlu: Heydər Camal Cahid oğlu, nəvəsi: Orxan Camal Heydər oğlu.
Cahid Camal adı 1962–1964-cü illərdə yaşayıb fəaliyyət göstərdiyi məkan olan Monqolustana həsr etdiyi fərdi sərgilərdən sonra tanınmağa başladı. Rəssam Cahid Camalın incəsənət fəaliyyəti ərzində, Moskvada, Bakıda, eləcə də, SSRİ-nin digər şəhərlərində və Monqolustanda olmaqla, 40 sərgisi baş tutmuşdur. O, XX əsrin məşhur şəxsiyyətləri ilə tanış olmuşdur: Budennıy, Tsedenbal, K. Simonov, M. Kurilko, V. Favorski, V. Şeremetyev. Həmin insanlar onun sənətini yüksək qiymətləndirir və Cahid Camalın 60–90-cı illər incəsənətinə bəxş etdiyi töhfəni əvəzsiz hesab edirdilər. Rəssamın işləri "Komsomolskaya pravda" və "İzvestiya" qəzetlərində, "Oqonyok", "Moskva" və "İnostrannaya literatura" jurnallarında dərc olunurdu.
Cahid Camal ömrü boyu dərs demişdir — əvvəlcə 1962–1970-ci illərdə Moskva memarlıq institutu, sonra isə 1971–1977-ci illərdə Moskva Stroqanovski institutunda. 1976-cı ildə o, dosent, daha sonra isə professor kimi Kosıqin adına Moskva tekstil universitetinə işə qəbul edilir və burada bədii kostyum modelləşdirməsi kafedrasında "Rəssamlıq" və "Kostyumda rəng" disiplinini yaratmış olur. 1977–2001 illərdə tətbiqi incəsənət fakültəsinin axşam şöbəsinin dekanı və rəsm və bədii kostyum modelləşdirmə kafedrasının professoru vəzifələrində çalışmışdır. 2011-ci ildə isə "Kostyumda rəng" və "Rəngin anatomiyası" işləri işıq üzü görür, o, müasir incəsənətin prinsipial şəkildə öncəkilərdən fərqlənən yeni məktəbinin yaradılmasını təklif edir. Rəssamın yaradıcılıq yolu müşkülə çevrilmişdi. Fərqli arayışlar, müxtəlif üslub və istiqamətlər. Yaradıcılığın son dönəmində isə abstrakt-həndəsi plastikaya meyil göstərmişdi. Cahid Camal rəng dairəsinə əsaslanan dekorativ rəngləmə üçün yeni bir rəng sistemi tapmağa çalışdı. Rəngin aktual məsələlərinə toxundu, onun dekorativ həllinə dair yeni bir yanaşma təklif etdi. Rənglə bağlı etdiyi təcrübələrlə məşhur idi; rəngi çox sevir və onunla necə işləməyi bilirdi. Uzun illər Moskva Dövlət Tekstil Universitetində çalışaraq bir müəllim olaraq rəng tədrisi metodları sahəsində dərin iz buraxmağı bacardı. İşlədiyi müddət ərzində rəssamlıq üzrə ilkin kurs və dekorativ rəsm kursu tədris etmişdir. Son 10 ildə rənglə bağlı zəngin təcrübəsinə güvənərək, tədris proqramının metodoloji əsaslarını qoyduğu yeni "Kostyumda rəng" intizamının inkişafında özünü parlaq şəkildə göstərdi. Sinifdə rənglə əlaqəli təcrübələr aparmış, rəngin koloristik uyğunluğu baxımından praktik və nəzəri işlər görmüşdür.
Cahid Camal Monqolustan Dostları Cəmiyyətinin idarə heyətinin üzvü idi. 2009-cu ildə Rusiya Federasiyası İctimai Mükafatlar Şurası rəyasət heyətinin fərmanı ilə "Birinci dərəcəli peşəkarlıq və işgüzar nüfuz" ordeni ilə təltif olundu. İki ölkə arasındakı dostluğa və əməkdaşlığa verdiyi böyük töhfəyə görə də Monqolustan mükafatlarına layiq görülmüşdür: "Dostluğun Qızıl Ulduzu", "Nayramdal" medalları, "Sülh və Dostluq uğrunda", "Monqolustan-Rusiya Dostluq Cəmiyyətinin 60 ili", "Əməkdar fəaliyyətinə görə".