Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cahid Həsənov (12 noyabr 1966, Lənkəran) — Azərbaycanın tanınmış memarı. Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor
Cahid Həsənov | |
---|---|
Cahid Mirnağı oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | memar |
Təhsili | |
Janr | Memarlıq |
Mükafatları |
Cahid Mirnağı oğlu Həsənov 1966-cı ildə Lənkəran rayonunda anadan olub.1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indi ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olub və 1990-cı ildə oranı bitirib.1990–1995-ci ildə fərdi memarlıq-tikinti firmasında baş direktor kimi fəaliyyət göstərib.1996–1998-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin "Reklam və İnformasiya İdarəsin"nin rəisi çalışmışdır.1999–2003-cü illərdə Bakı şəhərində təsis "Memarlıq və Tikinti" firmasında baş direktor kimi fəaliyyət göstərmişdir,2003–2005-ci ildə Azərsun Holding firmasında Reklam departamendində aparıcı mütəxixəsis işləmişdir,2006–2008-ci illərdə Lənkəran Şəhərinin baş memarı vəzifəsində çalışmışdır.2009-cu ildən bu günədək "CH Architect" firmasının baş direktorudur."Lənkəranın memarlıq tarixi" adlı bir kitabın və on elmi məqalənin müəllifidir. 4 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri "Tərəqqi" medalı ilə təltif olunub.[1] Ailəlidir, iki övladı var.