Cakuren

Cakuren (寂蓮?, 1139[1]9 avqust 1202[1]) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長?) – Yaponiya şairi və buddist keşişi.[2] Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir.[2]

Cakuren
yap. 寂蓮
Doğum tarixi 1139[1]
Vəfat tarixi 9 avqust 1202[1]
Fəaliyyəti şair, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi.[2] Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir.[2] O, Şunzey davamçısı hesab olunurdu.[2] Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində).[2] Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır.[2] 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir.[2] Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.[2]

1201-ci ildə o, keçmiş imperator Qo-Toba tərəfindən qurulmuş Poeziya Bürosunun üzvlüyünə seçilmişdir.[2] Digər 5 üzv isə "Şin Kokinşu" antologiyasının tərtibatçısı seçilmişdir.[2] Lakin bir il sonra Cakuren ölmüşdür.[2] Cakurenin Şunzey və Sadaie poeziya məktəbləri ilə yaxınlığı öz unikal stilinin ortaya çıxmasına səbəb olmuşdur.[2] Şunzeyin "köhnə tərz, yeni şərh" neoklassik yanaşmasını və estetik idealını qəbul edən Cakuren dövrün ən tanınmış işlərini ortaya çıxarmışdır.[2] Onun şeirləri tənhalıq atmosferi yaradır.[2] Cakurenin 117 şeiri "Senzai Vakaşu" antologiyasından (1188) başlayaraq müxtəlif imperiya antologiyalarına daxil edilmişdir.[2]

  1. 1 2 3 4 Jakuren, born Fujiwara no Sadanaga // LiederNet Arxivi (ing.). 1995.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Kodansha Encyclopedia of Japan. səh. 1
  • Kodansha Encyclopedia of Japan. IV cild. Tokio: Kodansha. 1983. səh. 334. ISBN 0-87011-624-7. İstifadə tarixi: 7 noyabr 2021.