Camal bəy Vəzirov

Camal bəy Yusif bəy oğlu Vəzirov (1881, Zümürxan, Cavanşir qəzası1929, Bakı) — Sovet partiya və dövlət xadimi.

Camal bəy Vəzirov
Camal bəy Yusif bəy oğlu Vəzirov
Camal bəy Vəzirov, 1917, Cərco
Camal bəy Vəzirov, 1917, Cərco
Doğum tarixi
Doğum yeri Zümürxan, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Həyat yoldaşı Əzizə xanım Muxtar bəy qızı Nəsirbəyova
Uşaqları Sultan bəy, Gülşən xanım, Dilguşə xanım

Həyatı[redaktə | mənbəni redaktə et]

Yusif bəyin üçüncü oğlu Camal bəy 1881-ci ildə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. 1896-cı ildə Bakı real məktəbinə daxil olmuşdu. 1905-ci ildə real məktəbi bitirib, Bakı şəhər dumasının səhiyyə şöbəsində üçüncü sanitar müdiri vəzifəsində işləməşdi. Sonra iş yerini dəyişib, Bakının böyük neft sənayesi rayonu olan Balaxanıda, neft mədənlərində kantor müdiri vəzifəsində çalışmışdı. 1914-cü il iyun ayının 19-da qabaqcıl fəhlə sinifi kütləvi surətdə çar ordusuna səfərbərliyə alındı, Camal bəy o cümlədən doqquz mindən artıq mədən işçisi orduya aparıldı. Vuruşmalarda döyüş drujinalarından birinə başçılıq edən Camal bəy "asayişi pozduğuna" və "siyasi etibarsız" olduğuna görə tətilin əsas iştirakçıları sırasında tutulub, cəbhəyə göndərildi. Tale onu Türküstan çöllərinə atdı. Camal bəy Cərco şəhər qarnizonundakı birinci əlahiddə piyada keşikçi taqımında xidmət eləməyə başladı. Camal bəy Türküstanda inqilabi işlərdə çalışırdı. İran fəhlələri arasında iş aparmaq üçün yaradılan "Ədalət" sosial-demokrat təşkilatı ilə əlaqə bağlayırdı. 1919-cu ildə İran işçilərinin xahişi ilə Camal bəy "Ədalət" təşkilatının Cərco şəhər bölməsinə sədr təyin olundu. Camal bəy sonra Cərco vilayət fövqəlalədə komissiyasında işləməyə başladı. Buxara Xalq Respublikası möhkəmlənəndən sonra ailəsi ilə birlikdə Bakıya qayıtdı. Balaxanı-Sabunçu rayonunda Azərbaycan Föfqəlalədə Komissiyası orqanlarında işlədi. 1925-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinə işə dəyişildi, ömrünün sonuna—1929-cu ilədək burada çalışdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Camal bəy Əzizə xanım Muxtar bəy qızı Nəsirbəyova ilə həyat qurmuşdu. İki qızı, bir oğlu (Sultan bəy) varıdı. Böyük qızı Gülşən xanım 1913-cü ildə, kiçik qızı Dilguşə xanım 1919-cu ildə anadan olmuşdu.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Vəzirovlar soyu, "Soy" dərgisinin özəl buraxılışı, Bakı, 2008. 88 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]