Camaldın karvansarayı

Camaldın karvansarasıNaxçıvanda ən qədim karvansaralardan biri. Culfa rayonunun Camaldın kəndi ərazisində olmuşdur. "Naxçıvan Abidələri Ensiklopediyası"nda verilən məlumatdan aydın olur ki, tarixi XII–XVII əsrlərə aid edilən bu karvansara 6750 kvadratmetr ərazidə yerləşmişdir. Ərazidə dördkünc formalı tikintilərin qalıqları bu gün də qalmaqdadır.

Haçadağ karvansarası. Haçadağ (İlandağ) ətrafından keçən karvan yollarını öyrənərkən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev tərəfindən aşkara çıxarılmış karvansaraylardan biri də hündürlüyü 3 metr 50 santimetr, uzunluğu 12 metr, eni isə 7 metr olan karvansaradır. Tədqiqatçı tikiliş üslubunu nəzərə alaraq bu karvansaranın XVI əsrdə tikilməsi qənaətinə gəlmişdir.[1]

  1. "Kəlbizadə E. Naxçıvan karvansarayları, "Şərq qapısı" qəzeti, 18.11.2016-ci il". 2016-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-03.