Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov (1808 – 15 fevral 1864) — Qarabağ atlı alayın naibi, mülkədar
Camalxan bəy Hüseynbəyov | |
---|---|
Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hüseynbəyli, Dizaq-Cəbrayıllı mahalı, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı | Rusiya imperiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Hüseynbəyovlar |
Təltifləri |
Camalxan bəy Hüseyn bəy oğlu 1808-ci ildə Dizaq-Cəbrayıllı mahalının Hüseynbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Rus ordusunda, Qarabağ atlı alayında, 3-cü yüzlüyün sultanı vəzifəsində xidmət etmişdi. 11 yanvar 1829-cu ildə Prapоrşik rütbəsi almışdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacı Camalxan bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Hüseynbəyli, Sultanlı adlı obalara, Cilən adlı kəndə yiyələnmişdi.
Hacı Camalxan bəy Hüseynbəyov 15 fevral 1864-cü ildə vəfat edib.
Camalxan bəy Hüseynbəyov 11 yanvar 1829-cu ildə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə, 7 fevral 1856-cı ildə Müqəddəs Stanislav ordeni ilə və qılıncla təltif olunmuşdu.
Hacı Camalxan bəyin Məmmədqulu bəy, Mahmud bəy, Həsənəli bəy, Hüseynəli bəy adlı obaları vardı.