Qarabağ atlı alayı

Qarabağ atlı alayıÇar Rusiyası Qarabağı işğal edəndən sonra yaranmışdı. 1-ci Müsəlman polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandir, yüzlüyə sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardı. Komandir ştabs-kapitan Gülməmməd bəy Rüstəmbəyov, polkovnik Cəfərqulu xan Nəva Sarıcalı-Cavanşir, 1829-cu ildə komandir köməkçisi kapitan Rüstəm bəy Cavanşir olmuşdu. Komandirin adyutantı Rəhim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıl bəy oğlu olmuşdu.

Qarabağ atlı alayı
Növü Atlı polk
Yaranma tarixi may 1822
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Daxildir Qafqaz korpusu
Qərargah Ağcabədi
Müharibələr Rus-Osmanlı müharibəsi
Komandanlıq
Məşhur komandirləri Gülməmməd bəy Rüstəmbəyov, Cəfərqulu xan Cavanşir

Qarabağ atlı alayının düşərgəsi Ağcabədi kəndinin yanında yerləşirdi.

Alayın döyüş tarixi

[redaktə | mənbəni redaktə et]

1826-cı il dekabrın 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Madatovun komandanlığı ilə Araz çayını keçdi. Bu dəstənin içində QarabağŞirvan atlıları da var idi. Bu qoşun Meşkin qəzasında olduğu zaman Meşkin qəzasının hakimi şahsevənli Əta xan, Şeqaqi xalqının nümayəndələri, Qarabağ xanlığının hörmətli ağsaqqalları və qaraqoyunlu Məhəmməd xanın Qaradağda yaşayan oğlu knyaz Madatovun yanına gələrək rus himayəsi altma alınmalarını xahiş etdilər. Rus qoşunlarının bu dəstəsi 1827-ci il yanvarın 16-na qədər Qaradağ xanlığında qaldı və sonra Arazı keçərək Qarabağa qayıtdı.[1]

Qarabağ atlı alayının quruluşu

[redaktə | mənbəni redaktə et]

1829-cu ildə:

1831-ci ildə:

  • 1-ci yüzlük
  • Sultan: Rüstəm bəy Rüstəmbəyov
  • Naib: Ağa bəy Rüstəmbəyov
  • Vəkillər: İskəndər bəy Qasım bəy oğlu, Əhməd bəy Şirin bəy oğlu
  • Kolanı mahalından-30 nəfər, Dizaq mahalından-50 nəfər, Sərgər-Dilağarda camaatından-20 nəfər.
  • 2-ci yüzlük
  • Sultan: Əli ağa Adıgözəlov
  • Naib: Salah bəy Məhəmmədqulu bəy oğlu
  • Vəkillər: Mehdi ağa Məhəmməd ağa oğlu, Mərdan bəy Behbud bəy oğlu
  • İyirmidörd mahalından −50 nəfər, Otuziki mahalından-50 nəfər.
  • 3-cü yüzlük
  • Sultan: Cəfər bəy
  • Naib: Hüseyn bəy Sarıcalı
  • Vəkillər: Məmmədsəlim bəy Əlimərdan bəy oğlu, Hümbətəli bəy
  • Zəngəzur mahalından 100 nəfər.
  • 4-cü yüzlük
  • Sultan:Əli bəy Mirzəli bəy oğlu
  • Naib: praporşik Camalxan bəy Hüseynbəyov
  • Vəkillər: Mehdi bəy Kəbirlinski, Abdulla bəy
  • Kəbirli mahalından-30 nəfər, Cavanşir-Dizaq mahalından −30 nəfər, Dəmirçihəsənli mahalından −40 nəfər.
  • 5-ci yüzlük
  • Sultan: praporşik Mikayıl bəy Əsribəyov
  • Naib: Rüstəm bəy Şahnəzərov
  • Vəkillər: İsay bəy, carçı Bala bəy
  • Xaçın mahalından-20 nəfər, Vərəndə mahalından 30 nəfər, Çiləbörd mahalından-20 nəfər, Talış mahalından-20 nəfər, Dəmirçihəsənli mahalından-10 nəfər.
  • 1831-ci ildə 1-ci yüzlüyün süvariləri.
  • Cavanşir-Dizaq mahalının Dilağarda obasından:
  1. Murad yüzbaşı İmamalı yüzbaşı oğlu
  2. Əmirxan yüzbaşı Novruzxan oğlu
  3. Şərəfxan Şıxəli oğlu
  4. Məhərrəm Sərdar oğlu
  5. Tapdıq Möhbalı oğlu
  6. Əlisəfi Məmmədtağı oğlu
  7. Əcəbxan Atlıxan oğlu
  8. Atakişi Allahyar oğlu
  9. Gülməmməd Əli oğlu
  10. Bayram Alı oğlu
  11. Mirzəmurad Behbudalı oğlu
  12. Cəfərqulu Fətəli oğlu
  13. Zeynalabdin Həsən oğlu
  14. Mirqasım Gülqasım oğlu
  15. Abbasəli Əliqasım oğlu
  16. Bədəl Aslanəli oğlu
  • 2-ci yüzlüyün süvariləri.
  • İyirmidörd mahalının Qaradağlı kəndindən:
  1. Molla Qasım İsmayıl oğlu
  2. Qurban Əli oğlu
  • İyirmidörd mahalının Borsunlu kəndindən:
  1. Namaz Sultanməmməd oğlu
  2. Həsən Hacı oğlu
  • İyirmidörd mahalının Qarahacı kəndindən:
  1. Nağdalı Kərim oğlu
  • İyirmidörd mahalının Sarıcalı kəndindən:
  1. Cəfər Qurban oğlu

1831-ci ildə ştabs-kapitan və kavaler Gülməmməd bəyin bir əmrində göstərilir ki, 3-cü yüzlükdə Qaraçorlu mahalının Təhməzli obasından Ağa Şirin Rəhim bəy oğlu, Kosalar obasından Gülmalı Mirzə oğlu, Zabuqlu kəndindən Qasım Rza oğlu, Püsyan mahalının Zodmanlı obasından yükdaşıyan Ağayar Allahverdi oğlu, Sisyan mahalının Qarakilsə kəndindən Gevorq Kəhriz oğlu xidmətdədirlər.

  1. General Yermolovun çara yazdığı 1827-ci il 12, 20 və 26 yanvar tarixli raportlar (AKAK, c. VI, h. II, sənəd 703–705, səh. 387–389