Camphorosma monspeliaca

Camphorosma monspeliaca (lat. Camphorosma monspeliaca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinə aid bitki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Aralıq dənizi ölkələri, Balkan yarımadasında, İran və Rusiyada yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-40 sm olan çoxgövdəli, aşağı tərəfi odunlaşmış, çim əmələ gətirən yarımkolcuqdur. Uzunluğu 3-7 mm olan yarpaqları bizvari formadadır, üzəri uzun tüklərlə örtülmüşdür. Çiçəkləri sünbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uzunluğu 2-2,5 mm, yumru-oval, tüklü, dişləri borucuqdan 2 dəfə qısadır. May ayında çiçəkləyir. Oktyabrda meyvə verir. Meyvələrdə ikidişli çiçəkyanlığı vardır. Toxumları hamar, yumru, qara-qonur, diametri təxminən 1 mm, vəziciklidir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Günəşli, gilli çöllərdə, daşlı yamaclarda qrup şəklində bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın qərbində, Kür-Araz ovalığında yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində 0,2% efir yağı vardır. Bitki kamfora iyi verdiyi üçün xalq təbabətində oyadıcı, sidik və tərqovucu kimi istifadə edilir. Qış otlaqlarında mal-qara üçün yemdir. Tərkibində külün miqdarı azdır. Sulu məhlulu sinir xəstəliklərində, xroniki qripdə, soyuqdəymə xəstəliklərində istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 122.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]