Candaroğlu Yaqub bəy

Candaroğlu Yaqub bəy (v. 1346) — Candaroğulları bəyliyinin qurucusu Şəmsəddin Candarın oğlu.[1][2][3]

Yaqub bəy
ƏvvəlkiCandaroğlu I İbrahim bəy
SonrakıCandaroğlu Adil bəy
Şəxsi məlumatlar
Vəfat tarixi 1346
Atası Şəmsəddin Yaman Candar bəy
Uşağı Candaroğlu Adil bəy

Atası Şəmsəddin Yaman Candar bəydir. Qardaşı oğlu İbrahim bəyin ölüm tarixi bəlli olmasa da, 1345-ci ildə bəyliyin başında Yaqub bəyin olduğu məlumdur. Bəzi mənbələrdə onun hakimiyyətə gəlib-gəlmədiyi müəmmalı şəkildə göstərilmişdir.

Məşhur səyyah İbn Bəttutə öz səyahətnaməsində, Yaqub bəyin qardaşı Süleyman bəyin dönəmində Kastamonuya gəldiyini, burada gözəl qarşılandığını, bəyin qardaşı Yaqub bəyin "Əfəndi" ünvanıyla anıldığını və böyük nüfuz sahibi olduğunu qeyd edir.

Yaqub bəyin qısa səltənətinə aid hər hansı bir məlumat yoxdur. Ancaq cəmi 1 il sonra - 1346-cı ildə oğlu Adil bəyin hakimiyyəti ələ aldığı bilinir.

  1. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
  2. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  3. Yaman, Talat Mümtaz (1935). a.g.e, syf. 109