Candaroğlu I İbrahim bəy

Candaroğlu I İbrahim bəy (v. 1345) — III Candaroğulları bəyi.[1][2][3]

I İbrahim bəy
ƏvvəlkiCandaroğlu Süleyman bəy
SonrakıCandaroğlu Yaqub bəy
Şəxsi məlumatlar
Vəfat tarixi 1345
Atası Candaroğlu Süleyman bəy

Atası Candaroğlu Süleyman bəydir. Atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Belə ki, qardaşı Çoban bəyin vəliəhd elan edilməsinə qarşı çıxaraq ayaqlanmış, ancaq atasının 1341-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla taxta keçmişdir.

Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə VenesiyaGenuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf” ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.

  1. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
  2. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  3. Yaman, Talat Mümtaz (1935). a.g.e, syf. 109