Canlılarda qidalanma

Canlılarda qidalanma — orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən enerji lazımdır. Enerji isə qidalanma ilə ödənilir. Bütün canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri orqanizmin qurulmasına sərf olunur, onu böyümə və inkişaf üçün gərəkli enerji ehtiyatı ilə təchiz edir və bütövlükdə orqanizmin həyat fəaliyyətini davam etdirməsinə təminat yaradır.[1] Qidalanma formalarına görə canlıları, əsasən, 2 qrupa ayırırlar. Bu qruplar da hər biri özlüyündə iki qrupa bölünür.[2]

Bitkilərdə qidalanma

[redaktə | mənbəni redaktə et]

Bütün canlılar kimi bitkilər də qidalanırlar. Qidalanma bitkilər üçün onların yaşamasını təmin etməklə bərabər, bitkilərin bizim həyatımız üçün vacib olan funksiyaları həyata keçirməsini də təmin edir. Yabanı bitkilər insanların iştirakı olmadan qidalanmasını təmin edir. Bəzi bitkilər, xüsusilə kənd təsərrüfatı bitkilərinin qidalanmalarını insan idarə edə bilir. Bütün həyati proseslərin baş verməsi üçün enerji tələb olunur. Bitkilərdə də baş verən bütün proseslərin həyata keçməsi üçün enerji tələb olunur. Bitkilər bu enerjini suyun, işığın, havanın və qida maddələrinin hesabına əldə edir.

Bu bitkilər bilavasitə qeyri-üzvi maddələrlə qidalanıb, həmin maddələrdən üzvi maddələr hazırlayır, öz orqanizmlərini qururlar. Bütün yaşıl bitkilər avtotrof bitkilərə aiddirlər. Onlar, yuxarıda qeyd edildiyi kimi, qeyri-üzvi maddələri üzvi maddələrə çevirən bəzi bakteriyaları göstərmək olar.[3] Bu bakteriyalarda xemosintez hadisəsi fotosintez hadisəsini əvəz etdiyi üçün, onlara xemotrof bitkilər də deyilir.[4]

Fotosintezedici

[redaktə | mənbəni redaktə et]

Fotosintezedicilər xlorofilə malik olan canlılardır.[5] Onların əksəriyyəti karbon qazı və sudan istifadə edərək işığın təsiri ilə üzvi maddə hazırlayır. Bu yolla qidalanan canlılara bəzi bakteriyalar, yaşıl evqlena, volvoks kimi heyvanlar və bitkilərin əksəriyyəti aiddir.[6] Bu zaman o canlılar Günəş enerjisindən istifadə edərək qeyri üzvi maddədən üzvi maddə istehsal edirlər.Və bu zaman üzvi maddə əmələ gəlkməklə eyni zamanda təbiətə sərbəst halda oksigen buraxılır.Canlıların normal inkişafı- tənəffüsü üçün bu prosesin əhəmiyyəti böyükdür.Fotosintez prosesi əksəriyyət yaşıl bitkilərdə,bəzi bakteriyalarda və bəzi heyvanlarda var.[7]

Xemosintezedici

[redaktə | mənbəni redaktə et]

Xemosintezedicilər bakteriyalardır[8] . Bunlar kimyəvi reaksiyalar zamanı ayrılan enerjidən istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edirlər.[9]

Xemosintez edici canlılara bakteriyalar aiddir.Onların bəziləri də qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edə bilirlər. Lakin bu zaman onlar enerji mənbəyi kimi günəş enerjisindən deyil, kimyəvi reaksiyalar enerjisindən istifadə edirlər. Bu proses xemosintez adlanır."Xemo"-kimya,"sintez "-əmələ gəlmə deməkdir.[10]

Beləki, bakteriyalar kimyəvi reaksiyaların enerjisini həmçini qeyri-üzvi maddələrin oksidləşməsindən alınan enerjini sintez olunacaq üzvi maddələrin kimyəvi enerjisinə çevirməyə malik xüsusi fermet aparatına malikdir. Və nəticədə onlar bu sayədə xemosintez proseseini həyata keçirirlər.Bu canlıların olması və bu proses də çox faydalıdır. Torpağın məhsuldarlığı, təbiətdə azot dövranında bu canlılar xüsusi əhəmiyyəti var.[11]

Xemosintetik canlılar:

  • Azot bakteriyaları(torpağın məhsuldarlığında, azot dövranında)
  • Kükürd bakteriyaları
  • Hidrogen bakteriyaları(torpağın məhsuldarlığında)
  • Dəmir bakteriyaları

Təbiətdə bəzi canlılar həm avtotrof, həm heterotrof yolla qidalana bilir. Belə qidalanma forması miksotrof adlanır (yaşıl evqlena, nepentes, milçəktutan və s.).

Bu qrupa daxil olan bitkilər islər qeyri-üzvü, istərsə də üzvü maddələrlə qidalana bilir. Məsələn ağacların çətiri üzərində parazitlik edən bağamburc kolu ağacın hazır üzvü maddələrindən istifadə etməsi ilə yanaşı, yaşıl olduğuna görə, qeyri-üzvü maddələrdən fotosintez yolu ilə üzvümaddələrdə hazırlaya bilir. Bu cür bitkilər müxtəlif üsullarla qidalandıqları üçün onların qidalanma qaydaları miksotrof qidalanma adlanır, bu qayda ilə qidalanan bitkilərə isə miksotrof bitkilər deyilir.[12]

Bakteriya və göbələklərin çoxu yaşıl olmadığı kimi öz-özünə üzvi qida da hazırlaya bilmir.Bu səbəbə görə onlarda hazır üzvi maddə ilə qidalanmaya ehtiyac duyulur. Buna görə də bu bitkilər parazit və ya saprofit həyat tərzi keçirir. Parazit göbələk və bakteriyalar bitkilərin və ya heyvanların üzərində parazitlik edərkən çox vaxt onların xəstələnməsinə səbəb olur. Saprofitlərin və parazitlərin qidalanma qaydaları heterotrof qidalanma adlanır.

Saprofitlər hazır üzvi maddələrlə qidalanır, ancaq canlılara ziyan vermirlər.[13] Bu cür qidalanmaya bakteriya və göbələklərdə daha çox rast gəlinir.[14]

Parazitlər canlı orqanizmlərdə yaşayır. Onlar sahib orqanizmdə qidalanır, ifrazat məhsullarını oraya xaric edir və xəstəlik törədir. Belə qidalanma üsuluna bakteriyalarda, göbələklərdə, bitki və heyvanlarda rast gəlinir. Viruslar da canlı orqanizmlərdə parazitlik edir.

Heyvanlarda qidalanma

[redaktə | mənbəni redaktə et]

Əksər çoxhüceyrəli heyvanlarda qida maddələrini mənimsəmək üçün həzm orqanları birləşib həzm sistemini əmələ gətirir. Qida maddələri bu sistemə kənardan daxil olur, burada həzm olunur, sorulur və qalıqları xaricə atılır. Çoxhüceyrəli heyvanların təkamülündə qidalanma və həzm üçün olduqca böyük əhəmiyyət kəsb edən uyğunlaşma — qastral (bağırsaq) boşluğun olmasıdır. Bunun nəticəsində qida maddələri daha əlverişli surətdə həzm olunub istifadə edilir. Qida tipindən asılı olaraq, heyvanların bəzi orqanlarında bir sıra uyğunlaşmalara rast gəlinir. Onurğasızlarda qidalanma üçün yaranan uyğunlaşmalar çoxdur. Cücülərdə ağız aparatının müxtəlif formaları buna misal ola bilər. Qaba yemlə qidalanan əksər məməli heyvanlarda azı dişlərin səthi qırışlı, bağırsaq uzun, mədə bir neçə şöbədən ibarət olur. Gövşəyən cütdırnaqlı heyvanlarda mədə 4 kameradan:

  • işgənbə
  • tor
  • qat-qat
  • qursaqdan

ibarətdir. Bu heyvanlar qidanı iki dəfə çeynəyir. Qəbul olunmuş qida əvvəlcə işgənbə və tora toplanır. Heyvan dincələrkən qida oradan hissə-hissə ağıza qayıdır. Yenidən çeynənilib udulan qida mədənin qat-qat və qursaq hissələrində təkrar həzmə uğrayıb bağırsağa ötürülür. Bağırsaqlarda həzm prosesi davam edir və sorulma baş verir. Qida qalıqları anusdan xaricə atılır. İnsanın həzm sisteminin quruluşu əksər onurğalı heyvanlarda olduğu kimidir. Həzm zamanı qida maddələri fiziki və kimyəvi cəhətdən dəyişikliyə uğrayır və onların əksəriyyəti kiçik hissəciklərə parçalanır ki, hüceyrə membranından keçə bilsin. Bu cür dəyişikliklər mexaniki və kimyəvi həzm prosesi vasitəsilə baş verir.

Qida maddələrinin fiziki cəhətdən dəyişikliyə uğraması — isladılması və xırdalanmasıdır. Xərçəngin mədəsinin böyük hissəsi, məməlilərdə dişlər, quşlarda mədənin əzələli şöbəsi və s. orqanlar buna xidmət edir. Bu prosesdə fermentlərin, demək olar ki, heç bir fəaliyyəti olmur.

Molekullan iri olan maddələrin fermentlərin təsiri ilə kimyəvi çevrilməyə uğramasıdır. Kimyəvi həzmin üç forması mövcuddur.

Qida maddələrinin parçalanması:

Mexaniki həzm ▶ yağ damlası ▶ öd ▶ lipaza fermenti ▶ yağ turşusu və qliserin molekulları

Hüceyrəxarici həzm

[redaktə | mənbəni redaktə et]

Qida maddələri hüceyrə xaricində həzm olunur. Fermentlər hüceyrənin xaricində ifraz edilir. İri molekullu maddələr həzm olunaraq hüceyrə daxilinə keçə biləcək hala düşür. Buna onurğalılarda və bəzi onurğasızlarda rast gəlinir.

Bağırsaq xovlarının divarlarındakı fermentlərin hesabına qida maddələri daha kiçik hissələrə parçalanır. Buəsasən onurğalılarda və bəzi onurğasızlarda baş verir.

Hüceyrədaxili həzm

[redaktə | mənbəni redaktə et]

Hüceyrə daxilində keçmiş qida maddələrinin molekulları lizosom fermenti vasitəsilə həzm olunur. Buna əksər heyvanlarda rast gəlinir. Çoxhüceyrəli heyvanların təkamülündə qidalanma və həzm üçün olduqca böyük əhəmiyyət kəsb edən uyğunlaşma — qastral (bağırsaq) boşluğun olmasıdır. Bunun nəticəsində qida maddələri daha əlverişli surətdə həzm olunub istifadə edilir. Qida tipindən asılı olaraq, heyvanların bəzi orqanlarında bir sıra uyğunlaşmalara rast gəlinir. Onurğasızlarda qidalanma üçün yaranan uyğunlaşmalar çoxdur. Cücülərdə ağız aparatının müxtəlif formaları buna misal ola bilər. Qaba yemlə qidalanan əksər məməli heyvanlarda azı dişlərin səthi qırışlı, bağırsaq uzun, mədə bir neçə şöbədən ibarət olur. Gövşəyən cütdırnaqlı heyvanlarda mədə 4 kameradan: işgənbə, tor, qat-qat və qursaqdan ibarətdir. Bu heyvanlar qidanı iki dəfə çeynəyir. Qəbul olunmuş qida əvvəlcə işgənbə və tora toplanır. Heyvan dincələrkən qida oradan hissə-hissə ağıza qayıdır. Yenidən çeynənilib udulan qida mədənin qat-qat və qursaq hissələrində təkrar həzmə uğrayıb bağırsağa ötürülür. Bağırsaqlarda həzm prosesi davam edir və sorulma baş verir. Qida qalıqları anusdan xaricə atılır. İnsanın həzm sisteminin quruluşu əksər onurğalı heyvanlarda olduğu kimidir.

  1. "Canlılarda qidalanma" (az.). e-derslik.edu.az. 02.03.2021. 2021-02-12 tarixində arxivləşdirilib.
  2. "Joint Collection Development Policy: Human Nutrition and Food". US National Library of Medicine, National Institutes of Health. 14 October 2014. 8 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2014.
  3. Dietary Supplement Fact Sheet: Vitamin D Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine. Ods.od.nih.gov. Retrieved on 2011–10–17.
  4. Whitney, Ellie; Rolfes, Sharon Rady. Understanding Nutrition (13). Wadsworth, Cengage Learning. 2013. 667, 670. ISBN 978-1-133-58752-1.
  5. Osteoporosis & Vitamin D: Deficiency, How Much, Benefits, and More Arxivləşdirilib 2022-08-27 at the Wayback Machine. Webmd.com (7 July 2005). Retrieved on 2011–10–17.
  6. Obesity, Weight Linked to Prostate Cancer Deaths – National Cancer Institute Arxiv surəti 7 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 7 iyun 2011 at the Wayback Machine. Cancer.gov. Retrieved on 2011–10–17.
  7. Julian Chela-Flores (2000): "Terrestrial microbes as candidates for survival on Mars and Europa", in: Seckbach, Joseph (ed.) Journey to Diverse Microbial Worlds: Adaptation to Exotic Environments, Springer, pp. 387–398. ISBN 0-7923-6020-6
  8. Obesity and Overweight for Professionals: Causes | DNPAO | CDC Arxiv surəti 24 fevral 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 24 fevral 2016 at the Wayback Machine. Cdc.gov (16 may 2011). Retrieved on 2011–10–17.
  9. Lindemann, W.C. and Glover C.R. (2003) Nitrogen Fixation by Legumes Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine. New Mexico State University/
  10. Schmidt-Rohr, Klaus. "Oxygen Is the High-Energy Molecule Powering Complex Multicellular Life: Fundamental Corrections to Traditional Bioenergetics". ACS Omega. 5 (5). 2020: 2221–2233. doi:10.1021/acsomega.9b03352. ISSN 2470-1343.
  11. Biotechnology for Environmental Management and Resource Recovery. Springer. 2013. səh. 179. ISBN 978-81-322-0876-1. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  12. Brody, Jane E. "Osteoporosis Linked to Vitamin D Deficiency". The New York Times. 19 March 1998. 9 March 2008 tarixində arxivləşdirilib.
  13. Allen V. Barker; David J. Pilbeam. Handbook of Plant Nutrition. CRC Press, 2010. səh. Preface.
  14. National Geographic Society. "Herbivore". National Geographic Society (ingilis). 21 January 2011. 25 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2017.