Carassius gibelio

Gümüşü daban balıq (lat. Carassius gihelio)

Gümüşü daban balıq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Gümüşü daban balıq
Beynəlxalq elmi adı

Terek çayının deltasında yaşayır . Volqada isə çox nadirdir. Asiyadan gətirilmiş karp körpələri ilə təsadüfən 1980-ci ildə balıq əmtəə təsərrüfatlarına düşmüşdür. Qazaxıstanın şimalındakı göllərdə 38 sm-lik və 2 kq-lıq fərdlərə də rast gəlinir.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Balığın bədəninin yanları gümüşü rəngdədir, elə buna görə də həmin adı almışdır. Uzunluğu 26,5 sm, kütləsi 650 q olur. Bədəninin uzunluğu 26,5 sm-ə, kütləsi 650-q-a çatır.

Çoxalmanın nadir forması - kinogene bu balıq üçün səciyyəvidir. Bu zaman dişi və erkək fərdlərin cinsi hüceyrələrinin nüvələri qovuşmur, spermatozoid rolunu isə yumurta hüceyrəsinin inkişaf üçün aktivləşdirilməsi oynayır. Maraqlıdır ki, bu yumurta hüveyrəsi yaxın növlərin (qızılı dabanbalığı, çəki, karp və b) spermatozoidini də cəlb edə bilər. Onlar 3-4 yaşında cinsi yetişkənliyə çatır. Suda temperatur 10-23 °C olduqda kürü tökürlər. Hər bir dişi balığın verdiyi kürünün miqdarı 56,8-250,7 min ədədə çatır.Gümüşü daban balıqlarının vətəgə əhəmiyyəti yoxdur, əksinə başqa qiymətli balıqlarla qida rəqabətində olurlar. Odur ki, onların su hövzələrində sayı daima tənzim olunmalıdır.[1]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Gümüşü daban balıqlarının vətəgə əhəmiyyəti yoxdur, əksinə başqa qiymətli balıqlarla qida rəqabətində olurlar. Odur ki, onların su hövzələrində sayı daima tənzim olunmalıdır.

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 155.
  • Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007, s 242.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 166 s.
  1. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh62.